Göygöldə Türkmənistan vətəndaşı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Üç Təpə kəndində baş verib. Kəndə qonaq gələn 1952-ci il təvəllüdlü Cumaxoca Cabbarov qaldığı evdə hündürlükdən yıxılaraq ağır kəllə-beyin travması alıb. Yaralı yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilən yaralının vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?