GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » İran da Azərbaycanın gününə düşdü

İran da Azərbaycanın gününə düşdü

Tarix: 11-06-2017, 21:44 Bölmə :Bölgə Baxış: 510
İran da Azərbaycanın gününə düşdü


İrana alış-verişə və müalicəyə gedənlər azalıb

Astara gömrüyünün önündə İrandan qayıdan bir Azərbaycan vətəndaşı gileylənir. Əlindəki kiçik bağlamanı göstərərək deyir ki, hüquqları pozulub:
“Mən prezidentə şikayət edəcəyəm”
“ İrana getmişəm. İran Astarasında, bazarda şəxsi istifadəm üçün bəzi şeylər almışam. Göyərti toxumu da almışdım, 1,8 kiloqram. Bu toxuma altı manat pul vermişdim. Deyirlər məhsuldardır, davamlıdır. Həyətyanı sahədə əkəcəkdim. Astara gömrüyündə əlimdən aldılar. Sənəd verdilər. Gördüm toxuma 25 Amerika dolları dəyərində qiymət qoyublar. Qayda qoyublar ki, hər bir Azərbaycan vətəndaşı İrana ayda bir dəfə keçə bilər. Bir aydan sonra İrana getsəm müsadirə edilmiş həmin toxumu geri apara bilərəm. Anbarın saxlama pulunu ödəməklə. Anbar hər günə 20 qəpik alır. Bu edir ayda 6 manat. Bu nə deməkdir? Mənim ölkəmin gömrüyü görün vətəndaşları ilə necə rəftar edir? Sonra da deyirlər ki, kimə şikayət edirsən get elə. Mən prezidentə şikayət edəcəyəm ”
İrandan qayıtmış Astara rayon sakini Camal İbrahimov isə deyir ki, keçidlə bağlı problemlərin əksəriyyəti həll olunub:
“Ötən həftənin beşinci günü İrana getmişdim. Dərmanlarımı almaq üçün. İrana gedənlər çox azalıb. Əhalinin İrana axını 80 faiz azalıb. Biz İrana gedəndə 20-30 nəfər adam var idi. Onlar da siqaret gətirirlər. Siqaretin də qiyməti düşüb. 3 blok siqaretdən 18 manat qazanc əldə edirdilər, indi olub 14 manat”.
İranda istehlak malları bahalaşıb
O deyir ki, İranda da istehlak malları bahalaşıb. Buna görə də,oradan mal alıb Azərbaycana gətirmək daha bir elə sərf etmir:
“Orda yumurta bahadır, bizdən aparırlar ora. Bizdə qəndin bir kiloqramı 1 manat 70 qəpikdirsə, orda 2 manatdır. Şəkər tozu bizdə 1 manat 30 qəpikdirsə orda 1 manat 60 qəpikdir. İndi Ramazan ayıdır. Orucluqla bağlı yeyinti məhsulları da gətirilir. Toyuq əti orda 3 manat 20 qəpiyədir. Bizdə bahadır. Qalan şeylərin qiyməti eynidir. Banan, meyvələr. Banan orda 3 manat 20 qəpikdir. Bizdə 2 manat 80 qəpiyə də almaq olur. Söz yox ki, bizə nisbətdə onlarda bəzi əmək haqqı yüksəkdir ”
İranda dərmanlar ucuzdur…
Camal İbrahimov deyir ki, dərmanların qiymətlərində isə fərq böyükdür. Onun sözlərinə görə, Azərbaycanda dərmanlar demək olar ki, hər gün bahalaşır. İranda isə dərmanın qiymətlərində dəyişiklik olmur:
“Mən beş ildir ürəyə aid dərmanlar alıram. Reseptlə aldığım dərman burda 100-110 manatdır, orda 52 manat ala bilirəm. Bizdə dərmanlar çox bahadır. Özümə aid dərmanları burda ala bilmirəm. İmkan yoxdur. İrana gedirəm, oradan alıram”.
Monopoliyadır
Astara rayon sakini Elçin İbrahimli bahalaşmanın səbəbini monopoliyada görür:
“Bir-iki ay bundan qabaq bananın qiyməti kəskin düşmüşdü. Sevindik. Fikirləşdik ki, İrandan banan gətirməyə ehtiyac olmaz. Birdən yenə bahalaşdı. İrandan gətirilən xurma da bahalaşıb. Monopoliyadır. Bu meyvələr kiminsə inhisarındadır.”
Sərhədyanı ticarətlə məşğul olan Fayıq Cəfərzadə alverin gündən günə zəiflədiyini deyir:
“İndi əvvəlki kimi deyil. Biz əsasən adi vətəndaşların İrandan gətirdikləri istehlak mallarını müəyyən qiymətə alırıq. Onlar da azalıb. Qiymət fərqi də azalıb. İndi İranda xırda para şeylər gətirirlər. Gördüyünüz kimi,burdakı mağazaların çoxu bağlıdır. Sərf etmir. Gömrükdə də şərtləri ağırlaşdırıblar. Burda həyat yavaş-yavaş sönür. Əvvəlki alış-veriş yoxdur. Amma İrandan gələnlərin sayı artıb. Daha çox onlar mal alırlar. Bundan sonra nə olacaq onu bilmək olmur”.
Astara Gömrük İdarəsindən isə suallarımıza cavab vermədilər.
Bu günlər jurnalistlərlə söhbətində Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev demişdi ki, gömrük məntəqələrində kimin hüququ tapdalanarsa şikayət edə bilər. Şikayətlər obyektiv və ədalətli araşdırılacaq. Ancaq vətəndaşların heç də hamısı yuxarı orqanlara şikayət etməkdə maraqlı görünmürlər.
İrana yumurta aparırlar
İqtisadçı Vidadi Mirzəyev deyir ki, İrana gedən Azərbaycan vətəndaşların sayının azalmasının bir neçə səbəbi var:
“Birinci səbəb Amerika dollarının bahalaşmasıdır. Düzdür son zamanlar manat dollara nisbətdə sabit qalıb. Amma buna baxmayaraq bahalaşma gedir. Amma İran realı yerində qalır. Belə çıxır ki, manat İran realına nisbətdə də xeyli ucuzlaşıb. Nəticədə İranda olan istehlak malları azərbaycanlılar üçün ələ çatmaz olub. Aldığım məlumat görə,İranda ətin bir kiloqramı 19 manatdır. Kimin əlində manat var onun üçün baha başa gəlir ”
O deyir ki, artıq, İrana müalicəyə getmək istəyən Azərbaycan vətəndaşların sayı da azalıb:
“İrana müalicəyə gedən xəstələrin də sayıazalıb. Artıq, tibbi xidmətin qiymətləri arasında fərq azdır. Digər tərəfdən İrana müalicəyə gedənlərə göstərilən ögey münasibət də bunatəsir göstərir. Amma bizdə monopoliya yerindədir. Bizdə yumurtanın bir ədədi gəlib7 qəpiyə düşmüşdü. Əhali İrana yumurta aparırdı. Qısa müddətdə yumurtanın qiyməti 11 qəpiyə qalxdı. Bazar belə olmur. Qiymətin qalxması ağır iqtisadi prosesdir. Hiss olunur ki, qiymətlərin qalxmasında kiminsə əli var.” (azadliq.org)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Astara gömrüyünə kartofa əlavə «haqq»

    Astara gömrüyünə kartofa əlavə «haqq» ...

    23-12-2013, 03:56

  • 
  • ABŞ dolları qalxır...

    ABŞ dolları qalxır... ...

    4-02-2014, 13:11

  • 
  • İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: Astara Gömrüyü

    İrandan qayıdan soydaşlarımızın qorxunc röyası: ...

    4-12-2014, 10:49

  • 
  • İranda daha manata etibar etmirlər...

    İranda daha manata etibar etmirlər... ...

    25-10-2016, 00:14

  • 
  • İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər

    İrana müalicəyə gedən azərbaycanlılara pis xəbər ...

    13-10-2014, 16:07


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu