GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Ağdamın sərhəd kəndlərində “Kamaz” və vaqonlarda yaşayanlar

Ağdamın sərhəd kəndlərində “Kamaz” və vaqonlarda yaşayanlar

Tarix: 11-06-2017, 21:46 Bölmə :Bölgə Baxış: 499
Ağdamın sərhəd kəndlərində “Kamaz” və vaqonlarda yaşayanlar


2016-cı ilin aprelində Ağdam və Tərtər rayonlarının Ermənistan hərbi qüvvələri ilə təmas xəttinə yaxın olan yaşayış məntəqələri iri çaplı silahlardan və artilleriya qurğularından atəşə məruz qalıb. Rəsmi məlumata görə, bunun nəticəsində mülki əhalidən 6 nəfər həlak olub, 26 nəfər yaralanıb. 445 evə, məktəb, tibb məntəqəsi, uşaq bağçası, digər sosial və inzibati binalara ciddi ziyan dəyib.
Hökumət bütün zərər çəkənlərə dövlət yardımı göstərildiyini və bundan heç kəsin narazı qalmadığını bildirir. Amma sərhəd kəndlərində göstərilən yardımdan narazı qalan, yaxud dövlətdən yardım ala bilmədiyini deyənlər də var. Onlardan bir neçəsi AzadlıqRadiosu-na danışıb.
TƏZƏ EV İSTƏYİBLƏR, KÖHNƏSİNDƏN DƏ OLUBLAR…
Ağdamın sərhəd kəndi olan Mahrızlıda məskunlaşan Xocalı köçkünü Emil Mirzəliyev bildirir ki, uzun müddət ailəsi ilə birgə kooperativ binada qalıblar. O, yaşayış şəraitlərinin yaxşılaşdırılmasından ötrü davamlı olaraq yerli və mərkəzi icra hakimiyyəti orqanlarına müraciət etdiyini, lakin bunların bir nəticə vermədiyini deyir. Köçkünün sözlərinə görə, aprel hadisəsindən sonra bu tikilidə yaşamaq mümkün olmayıb:
“Bina onsuz da pis vəziyyətdə idi. Dayaq sütunları əyilmiş, divarlarında elə çatlar yaranmışdı ki, arasından əl keçirdi. Nə döşəməsi vardı, nə də tavanı. Aprel hadisələri zamanı silkələnmədən sonra ev yararsız vəziyyətə düşdü. Hökumət nümayəndələri gəlib baxdılar, dedilər bu tikilidə yaşamaq təhlükəlidir”.
YERİNƏ YETMƏYƏN VƏD…
Son bir ildə ölkə başçısının sərəncamları ilə həm aprel hadisələrində mülki əhaliyə dəymiş zərərlərin aradan qaldırılması, həm də qəzalı ictimai binalarda yaşayan məcburi köçkün ailələrindən ötrü fərdi yaşayış evinin tikintisi məqsədilə dövlət büdcəsindən üst-üstə 4 milyon manat pul ayrılıb. Amma Emil Mirzəliyev bu dövlət yardımlarından kənarda qaldıqlarını söyləyir:
“Ötən ilin oktyabrın 26-da Ağdamın icra başçısı Raqub Məmmədov bizə yük vaqonu verdi ki, müvəqqəti olaraq onda yaşayaq. Növbəti ilin martına kimi ailəmizə yeni ev tikiləcəyi vəd olunmuşdu. Amma bu vəd olaraq qalır…”
“BİLMİRİK BİZİ BU CƏZADAN NƏ VAXT ƏFV EDƏCƏKLƏR?”
Emil Mirzəliyev bildirir ki, mərhum atası köçkünlük dövründə bu ünvanda vəfat edib. Hazırda vaqonda yaşlı anası, həyat yoldaşı və azyaşlı qızı ilə yaşayır.
Vaqonun çox hissəsini əşyalar tutub. Onu pərdədən arakəsmə ilə iki hissəyə bölüblər. Beləcə biri “yataq otağı” olub, o biri həm mətbəx, həm istirahət, həm də qonaq otağıdır. Xocalının keçmiş sakini belə şəraitin son dərəcə dözülməz olduğunu bildirir:
“Gün çıxandan ta batana kimi dəmir qutu qızır və gecə keçənədək soyumaq bilmir. Üstünə qarğı-qamış sərmişəm ki, bəlkə günün təsiri bir az azala. Qışda isə soyuq olur. Bu, cəzaçəkmədən də betərdir. Həbsxanaya düşənlər bilir ki, üç-beş ilə azadlığa çıxacaq, dözüb otururlar. Amma bilmirik bizi bu cəzadan, işgəncədən nə vaxt əfv edəcəklər?..”
“ZƏRƏR TAM ÖDƏNİLMƏYİB”
Mahrızlının başqa sakini – 1934-cü il təvəllüdlü Poluş Hüseynov etiraf edir ki, ona yardım göstərilib. Evinin giriş hissəsi və uçmuş divarları bərpa edilib. Amma vətəndaş zərərin tam həcmdə ödənilməməsindən narazıdır:
“Həyətimdəki çardaq, yardımçı tikilimizin dam örtüyü uçub-dağıldı. Soyuducu, paltaryuyan maşın, hamamın “kalonka”sı və digər məişət əşyalarımız istifadəsiz vəziyyətə düşdü. Bunlara görə bizə yardım verilmədi”.
Poluş kişinin oğlu Sədrəddin Hüseynov görülmüş təmir-bərpa işlərinin tikinti norma və qaydalarına uyğun aparılmadığını iddia edir: “Bunlar az xərc çıxsın deyə fanerdən divar düzəldiblər, üstünə boya, yağış tutan tərəfə isə nazik dəmir vurublar. Döşəməyə də fanerdən “yamaq salınıb”. Binanın zədələnmiş dam örtüyü bərpa edilmədiyindən yağıntılı günlərdə su evin içərisinə damır”
“NƏ YERLİ KİMİ YERLİYİK, NƏ DƏ KÖÇKÜN STATUSUMUZ VAR”
Rzalar kəndinin sakini Afərim Quliyeva da həyat səviyyələri və yaşayış vəziyyətlərinin məcburi köçkünlərinkindən də pis olduğunu deyir:
“Mən Laçın rayonunun Şeylanlı kəndinə gəlin köçüb, bir müddət orada yaşamışam. Amma biz Laçının işğalından 2 il əvvəl iş dalınca bura gəlmişdik. Heç ev əşyalarımızı da götürə bilmədik. Burada qeydiyyata düşdüyümüzdən “məcburi köçkün” statusu ala bilmədik. Bir müddət Qaradağlı kəndinin mal fermasında yaşadıq, Ağdamın işğalından sonra Bərdənin Əyricə kəndinə köçdük. Həyat yoldaşım 20 ildir ki, vəfat edib. Onun ölümündən sonra bu kəndə qayıtdım”.
13 NƏFƏRLİK“ÇAYXANA”
Afərim Quliyeva bildirir ki, qardaşlarının köməyi ilə kolxozdan qalma köhnə tikilidə yerləşib:
“Bura əvvəl çayxana olub. Müharibənin qızğın vaxtı hərbçilər qalırdı. Kolxoz əmlakı özəlləşdiriləndə, biz aldıq. Beş uşağı bu şəraitsiz yerdə böyütmüşəm. Oğlumun üçü evlənib. İndi döşəməsi, pəncərəsi olmayan, damı daman, içərisində həşəratlar dolaşan tikilidə 13 nəfər qalırıq. Darısqallığa görə gəlinlərimi növbə ilə ata evlərinə göndərirəm. Bir uşağım əlildir. Hökumət evli oğlumun birinə ev tikməsi üçün kömək etsəydi, yükümüz yüngülləyərdi”.
Afərim Quliyeva nə özünün, nə də evli oğlanlarının yeni ev tikməyə heç cür imkanının olmadığını deyir:
“Günəmuzdçuluqla gündəlik ehtiyaclarımızı güclə ödəyirik. Əlil oğlumla gedib əkin sahələrində alaq edirik, soğan çıxarırıq. Ailəli uşaqlarımın da hərəsi bir yerdə fəhləlik edir. Bununla ev tikmək olar? Allaha and olsun ki, bəzi günlər 13 nəfərin evdə yeməyə heç quru çörəyi də olmur. Borca görə dəfələrlə işığımızı kəsiblər”.
“KAMAZ” DA BİR MÜDDƏT“EV” OLUB
Həyətdən çıxarkən üzərinə göy rəngdə “palatka” çəkilmiş “Kamaz” maşının qalığı diqqətimizi çəkdi. Baxdıq ki, onun arxa hissəsi qapı yeri saxlanılmaqla taxta lövhələrlə tutulub, odun sobası borusunun çıxışından ötrü dairə də açılıb. Mişar daşlarını üst-üstə yığmaqla pilləkənə oxşar bir şey yaradıblar. Elə düşündük ki, bəlkə burada toyuq-cücə saxlayırlar. Qadının sözü bizi heyrətə gətirdi: “Evlənən oğlumun biri ailəsi ilə bir müddət burada yaşayıb. Təzəlikcə qaynanasıgilə köçüblər…”
Köçkün və yerli sakinlərin giley-güzarına Ağdam rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb. Ancaq ölkə başçısının özü dəfələrlə təmas xəttində yaşayan insanların vəziyyətindən bəhs edib.
“CƏBHƏYANI BÖLGƏLƏRİN İNKİŞAFI DAİM DİQQƏT MƏRKƏZİNDƏDİR”
“Bütün istiqamətlər üzrə konkret proqramlar, planlar var və icra edilir. Azərbaycan bu gün dünya miqyasında iqtisadi inkişaf templərinə görə lider dövlətdir. Regionlarda vəziyyət günü-gündən yaxşılaşır. Bütün bölgələrin, xüsusilə də cəbhəyanı bölgələrin inkişafı diqqət mərkəzindədir”. Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev 2014-cü ilin avqustunda Ağdam rayonunda yeni köçkün qəsəbəsinin açılışında deyib. Ötən ilin aprel döyüşlərindən sonra belə prezident cəbhə bölgəsində səfərdə olub. Döyüşlərdən zərə görmüş evlərin sakinləri ilə görüşüb. Bundan sonra Ağdam, Tərtər rayonunun təmas xəttinə yaxın kəndlərində bir çox evlər təmir edilib, bəziləri isə yenidən tikilib.
Prezident: “Ağdamda 700-dən çox ev təmir edilib”
Prezident ötən il dekabrın 3-də yenidən Ağdam rayonuna səfər edəndə bunları demişdi:
“Mən mayın 1-də burada olarkən demişdim ki, vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox, Tərtər rayonunda 250-yə yaxın ev təmir edildi və tikildi”.
Amma yağıntılı günlərdə döşəmə üzərinə düzülmüş qablara düşən su damlalarının səsindən gözünə yuxu getməyən 83 yaşlı Poluş kişi, tarlalarda günəmuzdçuluq edib axşamüstü yorğun-arğın “çayxana-ev”inə qayıdan Afərim Quliyeva, onun illərlə “Kamaz”da ailə saxlamaq məcburiyyətində qalan oğlu, kooperativ evdən yük vaqonuna köçürülmüş Emil Mirzəliyev hələ ki, bu inkişafı öz həyatında hiss etməyib. Vaqonda böyüyən 3 yaşlı İnci isə ömrün şıltaq uşaqlıq çağını yaşamaqda və onsuz da darısqal olan evlərini oyuncaqla doldurmaqdadır…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ağdam kəndləri ermənilər tərəfindən atəşə tutuldu

    Ağdam kəndləri ermənilər tərəfindən atəşə tutuldu ...

    4-01-2015, 00:09

  • 
  • "Ermənilər azərbaycanlı mülkiləri kasetli mərmilərlə vururlar"

    "Ermənilər azərbaycanlı mülkiləri kasetli ...

    28-04-2016, 12:16

  • 
  • Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və Ağdam rayonlarında olublar

    Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və ...

    1-05-2016, 22:30

  • 
  • Ermənistan ordusu cəbhə xəttində təxribat törədib

    Ermənistan ordusu cəbhə xəttində təxribat törədib ...

    2-04-2016, 13:41

  • 
  • Sərhəd şəhərində atışma: 10 nəfər öldü

    Sərhəd şəhərində atışma: 10 nəfər öldü ...

    7-03-2016, 13:30


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu