Zaqatala Polisi rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkarlanması istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.
Rayonun Əliabad qəsəbəsi ərazisində, Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral avtomobil yolunun kənarındakı bazarda Ramazan ayının sona çatması ilə bağlı təşkil edilmiş “Bayram bazarı”nda Şəkinin İnçə kənd sakini, 59 yaşlı Osman Salamov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Onun əlindəki idman çantasına baxış zamanı çantanın içərisində küllü miqdarda narkotik vasitə hesab olunan 5 kq 565 qr qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Osman Salamov ilkin ifadəsində Qax rayon ərazisində yabanı halda bitmiş çətənə kolları bitkilərindən toplayaraq qurutduğu küllü marixuananı gözünü müalicə etdirmək üçün satmaq istədiyini bildirib.
Faktla bağlı Zaqatala RPŞ-də CM-nin 234.4.3 maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.
Sorğu
Yeni dizaynımız necədir?