GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyev postundan götürüldü, vətəndaşlar problem qarşısında qaldı”

Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyev postundan götürüldü, vətəndaşlar problem qarşısında qaldı”

Tarix: 8-07-2017, 21:27 Bölmə :Bölgə Baxış: 546
Yasamalın sabiq icra başçısı İbrahim Mehdiyev postundan götürüldü, vətəndaşlar problem qarşısında qaldı”


Yasamal rayonu, Şərifzadə 174 ( yeni ünvan 610, 624) ünvanında yaşayan sakinlər heç bir sənəd və kompensasiya verilmədən binalarının sökülməsinə etiraz ediblər. Sakinlərin razılığı olmadan “Qismət-Mcontruction” MMC tərəfindən binaları hasarlanıb, söküntü işlərinə hazırlıq gedir. Şirkət nümayəndələri vətəndaşlara bunun pilot layihə olduğunu desələr də, onu təsdiqləyən qanuni sənədi sakinlərə göstərməyiblər. Bu səbəbdən də tikinti şirkətinin nümayəndələri ilə sakinlər arasında mübahisə yaşanıb. Binanın ətrafına çəkilən dəmir hasarlar sakinlər tərəfindən sökülüb.

Şikayətlərini əməkdaşa danışan sakinlər məsələ ilə bağlı Yasamal rayonunun sabiq icra baçısı, o zaman vəzifədə olan İbrahim Mehdiyevlə də görüşdüklərini bildirdilər. Onlar iddia edirlər ki, şirkət söküntünün icazəsini sabiq icra başçsından alsa da, köçürülmə prosesi qanuni çərçivədə aparılmır: “Layihənin icrası üçün Yasamal rayonunun sabiq icra başçısının razılığı əldə edilib. Lakin sakinlərin xəbəri olmadan, razılaşdırılmadan, bizi evdən çıxartmaq istəyirlər. Bütün bunlar hansı qayda-qanuna uyğundur? Axı, bu dövlətin qanunu var. Əgər pilot layihədirsə, buyurun sökün... Ancaq hər şey qanuna əsasən aparılmalıdır.Tikintini aparan “Qismət-M Construction” MMC-nin əməkdaşları pilot layihə olduğunu desələr də, əllərində hər hansı qanuni sənəd yoxdur. Özlərini bizə təqdim etmirlər, kim sökür, kim tikir, bəlli deyil. Binamızı hasara almağa çalışırlar. Burada tikdikləri binanın reklam lövhəsini quraşdırmaq istəyirlər. Biz isə buna mane oluruq. Çüni, binamız ümumiyyətlə qəzalı deyil.

“Sizin “qarantınız” mənəm...”

Sakinlər deyir ki, hasarlanma prosesi zamanı icra başçısı İbrahim Mehdiyevlə görüşüb, məsələyə aydınlıq gətirməsini istəyiblər. Sabiq icra başçısı pilot layihə olduğunu bildirsə də, müvafiq sərəncamı təqdim etməyib. Əvəzində “sizin sığortanız mənim sözümdür” deyib. Lakin məlum olduğu kimi, İbrahim Mehdiyev ölkə başçısının əmri ilə vəzifədən uzaqlaşdırılıb və artıq sakinlərə hər şeyin qanuni əsasla aparılacağına kimsə təminat vermir

Adının çəkilməsini istəməyən sakin durumu belə izah etdi: “İcra başçısı ilə görüşümüz zamanı pilot layihəni təsdiq edən sənəd tələb etdik. İ. Mehdiyev dedi ki, “sənəd yoxdur, lakin sizin “qarantınız” mənəm... narahat olmayın”. Görüşdən iki gün sonra icra başçısını işdən çıxardılar. O işdən azad olunduqdan sonra “Qismət”MMC nümayəndələri əl-ayağa düşdülər, binanı tərk etməyimiz üçün israr etdilər. Biz də öz etirazımızı bildirdik. Tikinti şirkətinin nümayəndələri ilə görüş zamanı bildiriblər ki, pulları yoxdur. Bu adamların pulu yoxdusa, 18 ay bizi kirayədə necə saxlayacaqlar? Hər şey sual altındadır. Nisyə söhbət edirlər. Onların fikirləri bina tikildikdən sonra sakinləri mənzillərə köçürməkdir. Ancaq bunun təminatı yoxdur. Hər dəfə fərqli adamlar gəlib, şifahi vədlər verir.

Müşahidələrimiz zamanı onu da müşahidə etdik ki, tikinti şirkəti binanın həyətindəki ağacları da hədəfə götürüb, yeni layihəyə əsaən ağacların kəsilməsi nəzərdə tutulub: “Şərifzadə küçəsi, bina 174-ü sökəcəklər, digər binaların qarşısındakı yaşllıqları isə kəsib, bina tikəcəklər. Hər dəfə binaları hasarlamağa, ağacların yerini qazmağa gələndə camaat imkan vermir. Binanın həyətində 100-ə yaxın ağacı məhv etmək istəyirlər.

Bunların tez-tələsik söküntü aparmaqda məqsədi odur ki, yeni icra başçısı gəlməmiş işləri yekunlaşdırsınlar. Bizə təqdim etdikləri sənəddə nə bir imza, nə də bir möhür var. Nəyə əsasən bizi evimizdən çıxarmaq istəyirlər. Biz bilirik ki, ümumi qərar var, köhnə binalar söküləcək. Buna baxmayaraq, hər şey qanuni yolla aparılmalıdır. İndi sakinlər binanı qorumaq üçün gecə-gündüz növbə çəkirlər”.

“Heç kim evindən məcbur çıxarılmayacaq...”

Məsələ ilə bağlı Yasamal rayon icra başçısının birinci müavini Səməd Seyidovla əlaqə saxladıq.

S.Seyidov həmin ərazidə söküntü aparılacağını təsdiqləsə də, heç bir sakinin hüquqlarının pozulmayacağını bildirdi: “Həmin ərazidə heç kimi məcbur evindən çıxara bilməzlər.Bu gün sakinləri qəbul edib,onlara izahat vermişəm. Həmin binalarda sakinlər köçməyə razıdırlar. Binanın sökülməsi, yerində yeni binanın tikilməsi üçün müvafiq sərəncam var. Bunlar son dərəcə qəzalı binalardır. Ancaq buna baxmayaraq, vətəndaşların bütün maraqları nəzərə alınacaq, onların hüquqları tam şəkildə qorunacaq. Razılıq əldə edildikdən sonra fərdi surətdə müqavilə bağlanacaq. Sadaladığım şərtlər olmadan binanın söküntüsündən söhbət gedə bilməz. Bina inşa olunduqdan sonra sakinlər yenidən həmin binaya köçürüləcək və əlavə olaraq 20 faiz kompensasiya ödəniləcək. Bütün bunlar pilot layihə əsasında həyata keçirilir”./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu bağladı

    Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu ...

    7-07-2017, 19:43

  • 
  • Yasamalda daha bir qalmaqal: etiraz edən sakinlərə polis “əzələ” göstərir

    Yasamalda daha bir qalmaqal: etiraz edən ...

    18-02-2014, 15:53

  • 
  • Bakı Meri Yasamalda söküntü işlərinə başladı

    Bakı Meri Yasamalda söküntü işlərinə başladı ...

    20-08-2015, 15:42

  • 
  • İcra başçısından Prezidentə şikayət: “Budurmu xalqa xidmət?”

    İcra başçısından Prezidentə şikayət: “Budurmu ...

    24-02-2014, 16:22

  • 
  • Alimlərin evi başlarına uçurulur

    Alimlərin evi başlarına uçurulur ...

    4-08-2016, 23:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (280)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu