GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Alimlərin evi başlarına uçurulur

Alimlərin evi başlarına uçurulur

Tarix: 4-08-2016, 23:44 Bölmə :Ölkə Baxış: 860
Alimlərin evi başlarına uçurulur

Yasamal RİH-in sökdüyü bina qəza vəziyyətində deyilmiş...

Yasamal rayonu, Şərifzadə küçəsi 33 ünvanında yerləşən “alimlərin yataqxanası” kimi tanınan bina sökülməyə başlanıb. Sakinlər söküntü prosesinə, xüsusilə onlara məlumat verilmədən başlayan söküntüyə etiraz edirlər. Bina sakinlərinin bildirdiklərinə görə, söküntü “İnşaat və Konstruksiyalar” MMC-nin sifarişi və Yasamal RİH-in başçısı İbrahim Mehdiyevin göstərişi ilə həyata keçirilir. Lakin bir çox sakinlər mənzillərini tərk etmək istəmirlər. Bina sakini Mətləb Rəhimov bildirir ki, bina heç də qəza vəziyyətində deyil və sakinlər evlərini tərk etmək istəmirıər. Buna cavab olaraq, 22 saylı MİS-in əməkdaşları sakinləri işıq, qaz və sudan məhrum ediblər
Ş.Məmmədovun sözlərinə görə, bu il fevralın 25-də Nazirlər Kabineti qərar çıxarıb ki, qəza vəziyyətində olan binaları sökən şirkətlər sakinləri müvəqqəti mənzillə təmin etməlidir. “Kirə mənzillər üçün ödənişlər də inşaat şirkəti tərəfindən təklif olunur. Şirkətlə sakinlər arasında fərdi müqavilə bağlanır. Bu müqavilə əsasında da qəza vəziyyətindəki ev sökülür. Şərifzadə 33 ünvanındakı binanın söküntüsü “İnşaat və Konstruksiyalar” MMC tərəfindən həyata keçirilir. Sökülən binanın yerində yeni ev tikiləcək ki, həmin binada mənzillərin yaşayış sahəsi əvvəlkindən 20 faiz daha böyük olacaq. Dövlət bu prosedura bir qəpik də xərcləməyəcək”, – deyə şöbə müdiri qeyd etdi.

Alimlərin evi başlarına uçurulur

“Biz “İnşaat və Konstruksiyalar” MMC-nin yerləşdiyi ünvanı heç cür tapa bilmirik. Bu şirkət ancaq kağızda mövcuddur”, – deyə Şərifzadə 33 ünvanındakı binanın sakini Əzizağa Ələkbərovbildirib. Başqa bir sakin Xatirə İsmayılovanın sözlərinə görə, 22 saylı MİS-in rəisi Məmməd Hüseynov ona təklif edib ki, mənzilini tərk edib kirəyə köçsün. Məmməd Hüseynov mənə “İnşaat və Konstruksiyalar” şirkəti adından aylıq 300 manat aylıq kirəpulu təklif edib”, – deyə Xatirə İsmayılova qeyd edib.

Biz MİS-in rəisi Məmməd Hüseynovdan soruşduq ki, nəyə görə şirkət adından danışıqları Yasamal RİH işçisi olduğu halda o aparır? “Ona görə ki, bunu mənə RİH başçısı İbrahim Mehdiyevin özü tapşırıb”, – deyə Məmməd Hüseynov əməkdaşımıza cavab verib. Avqustun 2-də biz jurnalist araşdırmasını davam etdirmək qərarına gəldik. Bu dəfə bizi növbəti sual maraqlandırırdı: “Şərifzadə 22 ünvanındakı bina hansı əsasla qəza vəziyyətində hesab olunur?”.

“Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin Layihələndirmə İnstitutu Şərifzadə 33 ünvanındakı binanın ekspertizasını həyata keçirib və binanın qəza vəziyyətində olduğunu bildirib”, – deyə Yasamal RİH-in baş memarı Eyvaz Bağırov bildirdi. Onun sözlərinə görə, sakinlərdən əvvəl də Yasamal RİH-ə binanın qəza vəziyyətində olması ilə bağlı müraciətlər daxil olurdu.

“Əvvəl bu problemin həlli üçün maliyyə imkanları yox idi. Amma Nazirlər Kabinetinin 25 fevral tarixli qərarı ilə belə bir imkan yaranıb”, – deyə Eyvaz Bağırov qeyd etdi. Şərifzadə №33 binasının sakini Əzizağa Ələkbərov Eyvaz Bağırovun sözlərini təkzib etdi.

“Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin əməkdaşları bizim binada heç bir ekspertiza aparmayıb”, – deyə Ə.Ələkbərov bildirdi. Biz özümüz aydınlaşdırmaq istədik, FHN TTNDA həqiqətən də Şərifzadə 33 ünvanındakı binanın qəza vəziyyətində olduğu barədə rəy veribmi ? Agentliyin ümumi şöbəsinə müraciət etdik, ümumi şöbə əməkdaşları isə bizə məsləhət gördülər ki, Yasamal rayonuna kurasiya edən müfəttişlə əlaqə saxlayaq. TTNDA-nın Yasamal rəyonuna məsul olan müfəttişi Zakir (bizə soyadını bildirmədi – red.) dedi ki, onun Şərifzadə 33-ün qəza vəziyyətində olması ilə bağlı məlumatı yoxdur.

Hüquq müdafiəçisi Novella Cəfəroğlunun fikrincə, oliqarxlardan kimsə sözügedən binanın yerləşdiyi ərazini bəyənib. “Və həmin oliqarx qərar verib ki, binanın qəza vəziyyətində olduğu elan edilsin, sakinlər isə köçürülsün. Yəqin ki, binanın sökülməsindən sonra onun yerində göydələn tikiləcək”, – deyə hüquq müdafiəçisi qeyd etdi. O, sakinlərə təklif etdi ki, Yasamal RİH-ni məhkəməyə versinlər.

“Qoy məhkəmədə RİH nümayəndələri bu binanın qəza vəziyyətində olduğunu sübut etməyə çalışsınlar”, – deyə N.Cəfəroğlu əlavə etdi.

Sözardı: Məqalə hazırlanarkən, bizə məlumat daxil oldu ki, SOCAR yanında “Azəriqaz” İstehsalat Birliyi Şərifzadə 33-ün qaz təchizatını dayandırıb. Sakinlərin sözlərinə görə, onların “Azəriqaz”a borcları yoxdur.

Belə olduğu halda, “Azəriqaz” hansı əsasla sakinləri qazdan məhrum edib? “Söküntü səbəbiylə binaya qaz təchizatı dayandırılıb” – deyə “Azəriqaz”ın Tahirova soyadlı dispetçeri kavkaznews.az-a bildirib. “Axı, orda hələ də insanlar yaşayır”, – deyə qeyd etdik. Təəssüf ki, dispetçer Tahirova bu iradımızı cavabsız qoydu.
Xəbər xidməti
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Meri Yasamalda söküntü işlərinə başladı

    Bakı Meri Yasamalda söküntü işlərinə başladı ...

    20-08-2015, 15:42

  • 
  • Yanan bina sakinləri imtina etdilər

    Yanan bina sakinləri imtina etdilər ...

    20-05-2015, 17:38

  • 
  • Bakı qızıllarının xatirəsi sökülür - FOTO

    Bakı qızıllarının xatirəsi sökülür - FOTO ...

    10-07-2013, 00:38

  • 
  • Sakinlər “Azərsu”ASC-dən narazılıq edirlər

    Sakinlər “Azərsu”ASC-dən narazılıq edirlər ...

    20-11-2015, 18:41

  • 
  • İcra başçısından Prezidentə şikayət: “Budurmu xalqa xidmət?”

    İcra başçısından Prezidentə şikayət: “Budurmu ...

    24-02-2014, 16:22


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu