GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Samux musiqi məktəbində dövlətin pulunu mənimsəyirlər – Korrupsiya cinayətinin izi ilə

Samux musiqi məktəbində dövlətin pulunu mənimsəyirlər – Korrupsiya cinayətinin izi ilə

Tarix: 10-07-2017, 13:11 Bölmə :Bölgə Baxış: 407
Samux musiqi məktəbində dövlətin pulunu mənimsəyirlər – Korrupsiya cinayətinin izi ilə


Samuxun Sərkar kənd musiqi məktəbinin müdiri Səadət Fərhad qızı Məmmədbəyovan;n korrupsiya xarakterli əməlləri haqda redaksiyamıza məktublar daxil olub. Həmin məktubların birinin müəllifi S.Məmmədbəyovanın keçmiş qudası Elman Hüseynovdur. Gəncə şəhər sakini Elman Hüseynov redaksiyamıza yolladığı məktubunda korrupsiya faktlarını sadalamaqla yazır: “Bunları deyəndə deyir ki, mənə nə edəcəklər, pulunu verirəm gedirlər. Hətta kimə nə qədər verir, onu hamı bilir. O deyir ki, mən korrupsiya vasitəsi ilə pul qazanmasam, adlarını çəkdiyin yüksək vəzifəlilərin pulunu haradan alım verim?”


Səadət Məmmədbəyovanın korrupsiyada ittiham edən E.Hüseynov belə bir məlumatı da diqqətə çatdırır: “”Əminliklə deyə bilərm ki, Səadət Məmmədbəyova 2007-ci ildə Müəllimlər İnstitunun Gəncə filialından aldığı saxta AKQ 087826 nömrəli diplomla müdir işlədiyi kimi həmin saxtalıq və riyakarlıqla oğlumla qızını ayırdı”.

E.Hüseynov yazır ki, keçmiş gəlini Şəms Hüseynova savadsızdır, notları belə tanımır, pianoda ifa belə edə bilmir, amma yüksək maaşla pianodan dərs deyir: “Anası onu da öz saxta əməllərinə qatmışdır. Belə ki, öz saxta diploma kimi bir saxta diplomu da qızına almışdır.2011-ci ildə Gəncə Musiqi Texnikumundan BB 118511 nömrəli diplom saxtadır. Həmin diplomla onu da öz yanında yüksək dərs saatı ilə işə qəbul etmişdir. Şəms Hüseynova adi notu üzündən çala bilmək iqtidarında deyil. Ola ki, tələbə hazırlaya! “İşlədiyi müddət” ərzində özü qızının maaşını alır. Qızı kimi bacısı qızı Abbasova Aysel Sahib qızı da saxta diplomla (BB 093918) işləyir. Çantasında Salman Nağıyevin, Alim İbrahimovun, Aytən Alməmmədovun, Rövşən Əsgərovun, Babək Hüseynovun, Nigar Salmanovanın maaş kartlarını gəzdirir. Onların maaşları bankomatlardan şəxsən özü çıxarır. Hətta uzun müddət Rusiyada yaşayan Lalə Şahismayıl qızı Xeyirxəbərovanın maaş kartına keçən 427 manat pulu mənimsəyir”.

Digər bir müraciətdə isə yazılır: “Səadət müəllimə özü saxta diplomla hazırda adı gedən təhsil müəssisəsində müdir vəzifəsində çalışır. 2007-ci ildə Gəncə şəhərində yerləşən Müəllimlər institutundan AKQ 087826 saylı saxta diplom əldə etmişdir. Səadət Məmmədbəyovanın həmin sənəddən istifadə etməsi, adları məktəbdə gedən, amma faktiki olaraq işləmiəyən şəxslərin adına əmək haqqı yazaraq mənimsəməsi, uşaqların sayını artırmaqla sinif yaratması, bunun da nəticəsində külli miqdarda pulu mənimsəməsi onun Azərbaycan Respublikası CM-nin 308-ci maddəsi yəni vəzifədən sui-istifadə, 320-ci maddəsi yəni saxta sənəd əldə etmə və saxta sənəddən istifadə etmə, 313-cü maddəsi yəni vəzifə saxtakarlığı, 179-cu maddəsi yəni dövlət əmlakını mənimsəmə kimi cinayət əməllərini törətməsinə dəlalət edir.
Müdirin qızı Məmmədbəyova Şəms Elbrus qızı Gəncə Musiqi Texnikumunu 2011-ci ildə bitirməsi barədə BB-11N2İ18511 saylı saxta diplom əldə edərək hazırda musiqi məktəbində işləyir. Məmmədbəyova Şəmsin saxta sənəd əldə etməsi və həmin sənəddən istifadə edərək müəllim işləməsi də Azərbaycan Respublikası CM-nin 320-ci maddəsinin tərkib əlamətini yaradır. Bu da Korrupsiyaya qarşı Mübarizə haqqında qanunun tələblərinə ziddir. Belə ki, həmin Qanunda qeyd olunduğu kimi yaxın qohumluq münasibətlərində olan qohumların rəhbər-işçi kimi işləməsi qadağandır.

Bundan əlavə olaraq dərs hissə müdiri Gəncə musiqi kollecindən verilmiş BB-11N2 108873 saylı saxta diplomla çalışan Həsənova Ruhanə Sabiq qızıdır.

Müəllim vəzifəsində çalışan Abbasova Aysel Sahib qızı isə Gəncə Musiqi Texnikomunu 2009-cu ildə saxta diplomla bitirmişdir. Diplomun seriyası belədir: BB-11N2093918.

Faktiki məktəbə gəlməyən müəllimlərin siyahısı aşağıdakılardır: Nağıyev Salman, İbrahimov Alim, Alməmmədova Vəsilə, Əsədova Pərvanə, Hacıyev Namiq, Əliyev Şaiq, Məmmədova Aytən, Əsgərov Rövşən, Hüseynov Babək, Salmanova Nigar. Adları sadalanan müəllimlərin aylıq əmək haqlarını müdir şəxsən özü bankomatlardan çıxardır.

Nağıyev Salman, Əsədova Pərvanə və Əliyev Şaiqin uzun illərdir əmək haqqı kartlarını bankomatdan çıxarılmasına diqqət yetirsək, Azərbaycan Beynəlxalq Banka sorğu verilsə, pulun kimin tərfindən bankomatdan çıxarıldığı açıq aşkar görünər. Belə ki, bildiyimiz kimi, kartı bankomata daxil edib pulu məxaric edərkən həmin bankomat tərəfindən kartı daxil edən şəxsin avtomatik şəkili çəkilir. Bu zaman pulun məktəbin direktoru Səadət müəllimə tərəfindən götürüldüyü aşkar olunacaq.
Məktəbdə ştat üzrə 295 şagird təhsil alındığı bildirilir. Lakin həqiqətdə isə bu belə deyildir. Musiqi məktəbində faktiki173 nəfər şagird təhsil alır. Buna sübut olaraq Həzrətov Orxan Vidadi oğlunu göstərmək olar ki, həmin şagird hazırda Sumqayıt Musiqi Kollecinin truba aləti sinifində təhsil alır”.

Samux rayonu Kolayır kəndində yaşayan Məmmədova Günay Duman qızı S.Məmmədbəyovanın əməlləri ilə bağlı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə müraciət ünvanlayıb. G.Məmmədova müraciətində yazır:

“Hörmətli Kamran müəllim,
Sərkar kəndində yerləşən uşaq-musiqi məktəbində xor-dirijor müəllimi vəzifəsində işləyirəm. Həmin məktəbin direktoru Məmmədbəyova Səadət Fərhad qızının cinayət xarakterli əməlləri ilə bağlı sizə müraciət edirəm. Belə ki, direktor S.Məmmədbəyova vəzifəsindən sui-istifadə edərək rəhbərlik etdiyi məktəbdə qanunsuzluqlara yol verir. Qanunsuz yollarla diplom əldə etmiş şəxsləri məktəbə işə qəbul edir, onlarla şəxsin adını məktəbdə müəllim kimi qeyd edərək, həmin müəllimlər işə gəlmədikləri halda onlara yüksək əmək haqqı yazdırır və dövlət pulunu külli miqdarda mənimsəyir. Mən hazırki müraciətimə 2015-2016-cı tədris ili üçün tarifləşmə cədvəlini əlavə edirəm. Həmin cədvəl üzrə araşdırma aparılsa məktəbdə faktiki olaraq dərs keçməyən, lakin adına dərs yükü yazılan müəllimlərin olması aşkar olunar. Cədvəldə adları qeyd olunan Nağıyev Salman, İbrahimov Alim, Məmmədbəyova Şəms, Alməmmədova Vəsilə, Əsədova Pərvanə, Hacıyev Namiq, Əliyev Şaiq, Əmrahov Elnur, Məmmədova Aytən, Əsgərov Rövşən, Hüseynov Babək, Hacıyev Şahin, Məmmədov Elçin, Salmanova Nigar, Həsənova Gülnarə “ölü kadrlardır” və məktəbdə işləmədikləri halda adları müəllim kimi saxlanılır. Onların əmək haqqı kartları da direktor və onun qohumlarındadır. Həmin müəllimlərin dərs saatlarının formalaşması üçün faktiki olaraq məktəbdə təhsil almayan şəxslər şagird siyahısına əlavə olunmuşdur.

Direktor Səadət Məmmədbəyova korrupsiya ilə mübarizə haqqında qanunvericiliyin tələblərini də kobud şəkildə pozaraq yaxın qohumlarını, o cümlədən qızı Şəms Məmmədbəyovanı, qardaşı qızları Nərgiz Həsənovanı, Lalə Həsənovanı, bacısı qızı Aysel Abbasovanı, dayısı qızı İlhamə Quliyevanı işə götürmüş, onların da adına yüksək dərs saatları yazmaqla, yüksək maaşlı işlə təmin etmişdir. Eyni zamanda yaxın qohumu Həsənova Ruhanə Sabiq qızını məktəbin dərs hissə müdiri vəzifəsinə təyin etmişdir.

S.Məmmədbəyova sinifdə şagirdlərin sayının stabil saxlanması üçün kollecdə təhsil alan Həsrətov Orxan Vidadi oğlunun da adını şagird kimi skripka sinfində saxlamışdır. Həmin sinifin müəlliməsi Pərvanə Mustafayevadır.

Hörmətli Kamran müəllim,

Mən uzun illərdir ki, qeyd olunan məktəbdə müəllimə işləyirəm. Məktəb direktorunun yuxarıda qeyd olunan qanunsuz hərəkətlərə yol verməsi, mənim və məndən başqa bir çox müəllimlərin hüquqlarını pozması artıq dözülməz həddə çatıb. Hər ay bütün müəllimlərin əmək haqlarından qanunsuz pul tutulmaları aparır. Direktor rayonda olan havadarlarına arxayın olaraq mənə və müəllimlərə heç bir əhəmiyyət vermir, bizi işdən çıxaracağı ilə hədələyir. Açıq şəkildə bildirir ki, mən heç kimdən qorxmuram, çünki hamıya haqq verirəm. Direktor məktəbi öz şəxsi mülkü kimi idarə edir. Bir rəqəmi diqqətinizə çatdırım ki, direktor saxta yollarla 1 ay ərzində 10 min manatdan artıq pulu mənimsəyə bilir və bu hər ay baş verir.

Hazırda məktəbdə maliyyə yoxlaması aparılır. S.Məmmədbəyova müəllimləri yığıb iclas edib və bildirir ki, maliyyəyə 25 min manat pul verməliyəm, həmin pulları müəllimlərdən yığacağam. Kimin pulu yoxdursa, sələmlə alsın, amma gətirib çatdırsın. Direktorun tələbi odur ki, fevral ayının əmək haqqını yığıb ona verək. Mən və bəzi müəllimlər bununla razılaşmırıq. Həmin müəllimlər direktordan qorxduqlarına görə şikayət etməkdən çəkinirlər. Amma məktəbdə Korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən araşdırma aparılsa müəllimlərin hamısı qeyd olunan cinayət faktlarını təsdiq edərlər. Ona görə də Sizdən xahiş edirəm ki, müraciətimin araşdırılması üçün müvafiq sərəncam verəsiniz, ərizədə qeyd olunan cinayət faktlarını mənim iştirakımla yerində yoxlayasınız və direktor S.Məmmədbəyovanı cinayət məsuliyyətinə cəlb edəsiniz.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı S.Məmmədbəyovanın da mövqeyini öyrənib. S.Məmmədbəyova deyib ki, keçmiş qudasının onun barəsində şikayət yazması haqda məlumatsızdır. Günay Məmmədovanın şikayətlərinə gəlincə isə məktəb direktoru bunları bildirib: “Günay Məmmədova barəmdə yazdığı şər-böhtana görə məhkəməyə vermişdim. Məhkəmədə dediklərinin şər-böhtan olduğu təsdiqləndi, humanistlik edib onun həbsini tələb etmədim. O, məndən pul tələb edirdi”.
S.Məmmədbəyova deyib ki, şikayətlərdə sadalanan faktları Samux Rayon Prokurorluğu araşdırıb və təsdiqini tapmayıb./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Korrupsiya” qəzetinin əməkdaşı rüşvətə görə həbs edildi

    “Korrupsiya” qəzetinin əməkdaşı rüşvətə görə həbs ...

    20-01-2014, 23:48

  • 
  • ŞİRVANDA MİSLİ GÖRÜNMƏMİŞ ÖZBAŞINALIQ: CABBAROVU TƏHSİLDƏN ƏMİN EDƏN KİMLƏRDİR?

    ŞİRVANDA MİSLİ GÖRÜNMƏMİŞ ÖZBAŞINALIQ: CABBAROVU ...

    26-02-2016, 12:14

  • 
  • Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi

    Korrupsiya yuvasına çevrilən Təhsil Şöbəsi ...

    6-04-2016, 21:27

  • 
  • “Azəriqaz”ın şöbə müdirinin qardaşı Ucarda meydan sulayır

    “Azəriqaz”ın şöbə müdirinin qardaşı Ucarda meydan ...

    26-10-2016, 23:28

  • 
  • Gəncə şəhər sakini özünü körpüdən atıb

    Gəncə şəhər sakini özünü körpüdən atıb ...

    1-12-2015, 13:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu