Başçının tapşırığı ilə bazara hücum çəkən polislər sakinlərin piştəxtalarını dağıdıb.
Şimal bölgəsinin sərhədyanı ərazilərində narazılıqlar artmaqdadır. Qusarda şəhər bazarının yeni əraziyə köçürülməsi üçün icra hakimiyyəti və hüquq mühafizə orqanlarının apardığı səylər vətəndaşlar arasında böyük narazılıqlara səbəb olub. Bir neçə ay bundan öncə bazarda fəaliyyət göstərən satıcılara, yeni tikilən bazar köçmələri ilə bağlı tapşırıq verilib. Yeni bazarda icarə haqlarının çox olması və ərazinin alış-veriş üçün uyğun olmadığını səbəb göstərən satıcılar bundan imtina edirlər. “Gündəm Xəbər” bildirir ki, satıcıların 24saat.org-a məlumat veriblər. Aydın olur ki, icra hakimiyyəti sakinlərin bu qərarını polis gücü ilə dəyişməyə cəhd edib. Gecə saatlarında polis bazara girərək satıcıların piştəxtalarını dağıdıb. Dəfələrlə aidiyyatı qurumlara müraciət edən satıcılara heç bir cavab verilmiyib. Sakinlər bildirir ki, yeni inşa edilən bazar İcra başçısı Şair Alxasova məxsuzdur. Məhz buna görə icra hakimiyyəti köhnə bazarın yeni bazar ərazisinə köçürülməsinə maraqlıdır. Hər gün hüquq mühafizə oranlarının təhdid və təzyiqlərinə məruz qalan satıcılar prezidentdən yardım istəyir.
Sorğu
Yeni dizaynımız necədir?