GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Bələdiyyə sədri Şiştəpədəki 4 gün, 4 gecəlik toy haqda: “Dayımoğludur, belə toydan kənddə həftədə ikisi olur...”

Bələdiyyə sədri Şiştəpədəki 4 gün, 4 gecəlik toy haqda: “Dayımoğludur, belə toydan kənddə həftədə ikisi olur...”

Tarix: 27-07-2017, 12:33 Bölmə :Bölgə Baxış: 382
Bələdiyyə sədri Şiştəpədəki 4 gün, 4 gecəlik toy haqda: “Dayımoğludur, belə toydan kənddə həftədə ikisi olur...”


Şəmkir rayonunun məşhur Şiştəpə qəsəbəsində 4 gün, 4 gecə davam etmiş dəbdəbəli toy mərasimi günlərdir sosial şəbəkələrin və bəzi saytların müzakirə mövzusudur. Bu toyda qonaqları Türkiyənin məşhur müğənnisi Kibariyə də daxil olmaqla, bəzi tanınmışlar, o cümlədən, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur “Kabriol” qrupu və başqaları əyləndirib.

Toyun sahibi əvvəlcə naməlum idi, ancaq daha sonra açıqlandı ki, bu şəxs şiştəpəli iş adamı Qulu Vəliyevdir. Əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arifin aparıcılıq etdiyi toy zəngin iş adamının Şiştəpədə yerləşən malikanəsində baş tutub. Vəfa Zeynalova özünün İnstagram səhifəsində toyun keçirildiyi malikanənin foto və videogörüntülərini də yayıb.

Şiştəpə kəndi Rusiyada bizneslə məşğul olan və qazandıqları pullara bu kənddə dəbdəbəli imarətlər tikdirən sakinlərinə görə hətta MDB-də məşhurdur. O cümlədən bu kəndin sakinlərinin adı vaxtaşırı olaraq Rusiyada azərbaycanlılar arasında baş vermiş atışmalarda, “razborkalarda” hallanır.

Bəs indi dillər əzbəri olan bu 4 gün, 4 gecəlik toyu edən Qulu Vəliyev kimdir, nə işlə məşğul olur? Bu toy barədə əlavə məlumatlar əldə etmək üçün Şiştəpə kəndinin bələdiyyə sədri Novruz Hüseynovla əlaqə saxladıq. Məlum oldu ki, bələdiyyə sədri özü də toyda iştirak edib, çünki toyun sahibi onun qohumudur.
Bələdiyyə sədri toyun mediada bu cür ajiotaja səbəb olmasından təəcübləndiyini gizlətmir: “Toydur da, burada nə var ki? Əlbətdə, mən özüm də iştirak eləmişəm, dayıoğlumun toyudur. Qulu Vəliyev biznesmendir, Rusiyanın Sankt-Peterburq şəhərində meyvə-tərəvəz aklveri edir”.

Bəs toyda məmurlar-filan, digər tanınmışlar da olubmu? Bələdiyyə sədri deyir ki, toyda heç bir yüksək vəzifəli qonaq olmayıb, çünki bu, Şiştəpə kəndi üçün “adi toy” sayılır.

“Adi toydur da, burada dövlət adamları nə gəzir? Qonaqların hamısı öz kəndçilərimiz idi. Dəbdəbə deyəndə, bu toyda əslində dəbdəbəli heç nə olmayıb. Bizim kəndimizdə hamı belə toy edir. Yazıblar ki, Brilyant gəlib. Brilyant bəyəm birinci dəfədir ki, bizim kəndimizə toya gəlir? Əli boş durmayan uşaqlardır da, yazıblar. 3 gün qabaq da Gülyaz-Gülyanaq bacıları Şiştəpəyə toya gəlmişdi. Kəndimizdə azı həftədə iki dəfə bu cür toy olur”-bələdiyyə sədri bildirdi.

Biz də toy sahiblərinə bələdiyyə sədri vasitəsilə gözaydınlığımızı çatdırdıq. Doğrudan da varlığa nə darlıq?

Q. Vəliyev Rusiyada tanınan azərbaycanlı iş adamlarından biridir, məşhur “Sofiysk” topdansatış meyvə-tərəvəz bazasında fəaliyyət göstərir. Həmin topdansatış bazası azərbaycanlıların nəzarətindədir, adı tez-tez kriminal “razborka”larda hallanır…/virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əməkdar artist Vəfa Zeynalova gəlinlik geyindi

    Əməkdar artist Vəfa Zeynalova gəlinlik geyindi ...

    17-02-2016, 18:02

  • 
  • Nazir oğlu məşhur türk müğənnisi ilə toyda - (Foto)

    Nazir oğlu məşhur türk müğənnisi ilə toyda - ...

    25-01-2014, 11:43

  • 
  • Xoşqədəmlə Doğuşun Bakıdakı toy tarixi açıqlandı - DƏQİQ VAXT

    Xoşqədəmlə Doğuşun Bakıdakı toy tarixi açıqlandı ...

    23-12-2014, 13:40

  • 
  • Məşhur müğənni ailə həyatı qurdu (FOTO)

    Məşhur müğənni ailə həyatı qurdu (FOTO) ...

    22-10-2013, 12:35

  • 
  • Qızını erməni multimilyonerin oğluna ərə verən Eldar Osmanov kimdir...

    Qızını erməni multimilyonerin oğluna ərə verən ...

    3-07-2017, 14:04


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu