Masallıda avtomobil yolu keçmək istəyən 11 yaşlı uşağı vurub.
Masallıda parklardan birinin qarşısında qeydə alınıb. Masallı sakini 2006-cı il təvəllüdlü Ziya Anar oğlu Gülverdiyev yolu keçmək istəyərkən onu "Mitsubishi” markalı avtomobil vurub. Yaralı dərhal Masallı rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Fakt araşdırılır. Masallı Rayon Yol Polisi Şöbəsinin rəisi İkram Məmmədov hadisəni törədən sürücünün Masallı Dövlət Arxiv İdarəsinin rəisi Daşqın Nəzərovun oğlu olduğunu bildirib./APA
Sorğu
Yeni dizaynımız necədir?