Gecə saat 04 radələrində Şəki şəhər sakini Dəyanət Rafiq oğlu Teymurov travmatik şok vəziyyətində Şəki Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Məlum olub ki, 43 yaşlı Dəyanət Teymurov intihar etmək məqsədi ilə özünü yaşadığı ünvanda asıb. Onu son anda ailə üzvləri xilas ediblər. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən D. Teymurovun vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir. Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?