Masallı rayonunda ana və iki azyaşlı övladı ağır yanıq xəsarəti alıb.
Hadisə Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən qazan aşıb. Nəticədə ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıb. Onlar dərhal Masallı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar.
Sorğu
Yeni dizaynımız necədir?