Şəkidə 27 yaşlı qadın ehtiyatsızlıq nəticəsində ağır yanıq xəsarətləri alıb.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün saat 11:30 radələrində rayonun Baltalı kənd sakini, 1989-cu il təvəllüdlü Qəmər Şəhriyar qızı Nəsrullayeva yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.
Məlum olub ki, 27 yaşlı Q.Nəsrullayeva yaşadığı evdə odun sobasını yandıran zaman alov onun üzərinə sıçrayıb. Nəticədə Q.Nəsrullayev üz, boyun və qarın nayihəsinin 2-ci, 3-ü dərəcəli termiki yanıq xəsarətləri alıb. Xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Q. Nəsrullayevanin vəziyyətinin ağır olduğu bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?