GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Daşkəsənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi

Daşkəsənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi

Tarix: 15-09-2017, 14:45 Bölmə :Bölgə Baxış: 600
Daşkəsənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi


Daşkəsən rayonunda 15 sentyabr yeni dərs ilinin başlanması – “Bilik günü” münasibəti ilə rayon ərazisində yerləşən 42 ümumtəhsil məktəbində tədbirlər keçirildi. Həmin tədbirlərdə Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, rayonun Təhsil Şöbəsinin işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri valideynlərlə birgə yaxından iştirak etdilər.

Tədbirlərdə çıxış edənlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə təhsilinin inkişafına, müəllimlərə həmişə böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir hissəsi hesab etdiyini bildirdilər. Həmin siyasətin bu gün möhtərəm Prezident çox hörmətli cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirildiyi xüsusi qeyd olundu. Bildirildi ki, təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının davamlı olaraq artırılması, onların iş şəraitinin yaxşılaşdırılması haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları, habelə respublikanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurla icrası və Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyini diqqətin bariz nümunəsidir. Ölkəmizin hər bir yerində, o cümlədən Daşkəsən rayonunda da müasir standartlara cavab verən yeni ümumtəhsil məktəblərinin tikilməsi, onların əsaslı təmir edilməsi ilk növbədə gənc nəslin savadlı və sağlam cəmiyyətdə yetişməsinə xidmət göstərir.
Yeni dərs ilinin ilk günü Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbdə də təntənəli şəkildə qeyd olundu. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev də iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin “Məktəbin, müəllimlərin ən əsas vəzifəsi bizim cəmiyyətimizə, xalqımıza, ölkəmizə dəyərli vətəndaşlar hazırlamaqdır“, “Müəllim adı şərəfli və müqəddəs addır” tarixi kəlamları ilə çıxışına başlayaraq dedi:
- Sizi Daşkəsən rayon ictimaiyyəti adından, eləcə də öz adımdan salamlayır, 15 sentyabr – Bilik günü münasibətilə Sizləri təbrik edir, hər birinizə möhkəm cansağlığı və çox hörmətli möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Onun diqqət və qayğısı əsasında inkişaf edən müstəqil Azərbaycanımıza sülh, sabitlik və yeni-yeni uğurlar, qələbələr arzulayıram.
Bildiyimiz kimi Azərbaycan təhsilinin bugünkü yüksək səviyyəli inkişafı ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyev tərəfindən uğurla aparılan uzaqgörən və məqsədyönlü siyasətinin nəticəsidir. O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Ulu Öndər müəllimlərə hər zaman sonsuz hörmətlə yanaşıb. Azərbaycanda ali təhsil də Heydər Əliyevin rəhbərliyi dövründə inkişafa qədəm qoyub. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. Hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğıdır. Həmin siyasət bu gün möhtərəm Prezident çox hörmətli cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yaradıcılıqla davam etdirilir.
Rayonumuzda da təhsilin inkişafına göstərilən böyük diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əlyevaya bütün daşkəsənlilər adıdan bir daha öz dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Ölkə Başçısının təhsilə olan qayğısı respublikanın hər yerində olduğu kimi, Daşkəsən rayonunda da uğurla həyata keçirilir. Təkcə son illərdə Quşçu, Mollahəsənli, Muşavaq, Bayan, Əmirvar-Əhmədli kəndlərində və Daşkəsən qəsəbəsində müasir tələblərə tam cavab verən
ümumtəhsil məktəblərinin tikilib istifadəyə verilməsi, bir çox təhsil müəssisələrinin əsaslı və cari təmir edilməsi buna əyani sübutdur.
Rayonumuzda təhsilin inkişafı, son illərdə tədrisin maddi-texniki bazasının möhkəmləndirilməsi, şagirdlərin normal təhsil almaları üçün lazımi şəraitin yaradılması istiqamətində görülən işlərin səviyyəsi ötən illərə nisbətən daha geniş miqyas almışdır. Daşkəsən rayonunda təhsilin inkişafı üçün atılan addımlar görə Təhsil naziri hörmətli Mikayıl Cabbarova daşkəsənlilər adından təşəkkürümüzü bildiririk.
Bu gün – 15 sentyabr Daşkəsən rayonunun bütün şagirdləri, həmçinin onların valideynləri üçün əlamətdar bayram günüdür. Rayonumuzun sayılıb-seçilən ümumtəhsil məktəblərindən biri olan şəhid Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə də Bilik günü yüksək səviyyədə keçir. Ötən tədris ilində məktəbin şagirdləri keçirilmiş rayon və respublika səviyyəli tədbirlərdə bir-birinin ardınca parlaq qələbələr qazanmışlar. Ən əsası isə, məktəbin məzunları builki qəbul imtahanlarında yüksək göstəriciləri ilə bizləri bir daha da sevindirmişlər. Belə ki, ali məktəblərə qəbul olunmaq üçün sənədlərini təqdim etmiş 20 nəfər məzunun 18-i tələbə adını qazanıb. Onlardan 1 nəfəri 633 bal, 3 nəfəri isə 500-dən çox bal toplayıb. 9 illik təhsil bazasndan isə 12 nəfər məzunun 8-i respublikanın müxtəlif orta ixtisas məktəblərinə qəbul olunub. Bu, həqiqətən də, ürəkaçan nailiyyətdir. Mən bu yüksək göstərici münasibəti ilə sizləri, məktəbin bütün müəllim kollektivini təbrik edirəm.
Bu gün burada Sizinlə “Bilik günü” bayramında iştirak etmək, Sizin sevincinizə şərik olmaq mənim üçün şərəflidir, qürurvericidir. Əlvan geyimli bir-birindən gözəl şagirdlərimiz görürəm. Əminəm ki, yay tətilindən qayıdan şagirdlərimiz yeni biliklər əldə etməyə tələsirlər.
Ölkəmizin gələcəyi olan əziz şagirdlərimiz bu tədris ilində də müəllimlərin təlim-tərbiyəsi altında ötən illərdə öyrəndikləri bilik və bacarıqların üzərinə yenilərini əlavə edəcəklər. Bunun üçün, əlbəttə, səylə oxumaq, müəllimlərin dediklərinə əməl etmək, tapşırıqları müstəqil yerinə yetirmək lazımdır. Ümumiyyətlə, hər bir şagird düşünməlidir ki, onun vəzifəsi yaxşı oxumaq, ölkəmizin gələcəyi üçün bilikli, bacarıqlı, ağıllı və məsuliyyətli böyüməkdir.
Mən çıxışımın sonunda bu gün ilk dəfə olaraq məktəbə gələn birinciləri, artıq neçə illərini məktəbdə keçirən şagirdləri, bu il məktəbdə son illəri olan 11-ciləri, müəllimləri, müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri, bir sözlə rayonumuzun təhsil sahəsində çalışan hər bir kəsi "Bilik günü" münasibətilə Daşkəsən rayon ictimaiyyəti adından, eləcə də öz adımdan bir daha da təbrik edir, Sizə yeni-yeni uğurlar arzulayıram.
Bilik gününüz bir daha mübarək olsun!
Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev birinci sinfə gələn şagirdlərlə, valideynlərlə musiqi sədaları altında rəqs elədi və xatirə şəkli çəkdirdilər.
Daha sonra çıxış edən Daşkəsən şəhər A.Mürsəlov adına 2 saylı tam orta məktəbin direktoru Aybəniz xanım Vəliyeva yeni dərs ilinin başlaması münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edərək Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarova və Şəmkir Regional Təhsil İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirdi!
Bilik günü məktəb şagirdlərinin hazırladığı bədii kompozisiyalar ilə davam etdi.
Müəllimlər və valideynlər rayonumuzda təhsilə göstərdiyi ali diqqət və qayğıya görə ölkə Başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
"İlk zəng"in səslənməsi ilə siniflərə şagirdlər girərək yeni dərs ilinə başlanıldı.

Daşkəsənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi
Daşkəsənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi
Daşkəsənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi
Daşkəsənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi
Daşkəsənin ümumtəhsil məktəblərində “Bilik günü” qeyd edildi


Elmar Vüqarlı
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DAŞKƏSƏNDƏ 23 İYUN DÖVLƏT QULLUQÇULARININ PEŞƏ BAYRAMI GÜNÜ QEYD EDİLİB

    DAŞKƏSƏNDƏ 23 İYUN DÖVLƏT QULLUQÇULARININ PEŞƏ ...

    23-06-2017, 18:25

  • 
  • Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə bağlı - AÇIQLAMA

    Təhsil Nazirliyindən yeni dərs ilinin müddəti ilə ...

    12-07-2017, 14:22

  • 
  • Daşkəsən Rayon İcra Hakimiyyəti

    Daşkəsən Rayon İcra Hakimiyyəti ...

    8-02-2017, 00:29

  • 
  • Bu gün Azərbaycanda Bilik günüdür

    Bu gün Azərbaycanda Bilik günüdür ...

    15-09-2017, 10:48

  • 
  • DAŞKƏSƏNDƏ 9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜ MÜNASİBƏTİLƏ

    DAŞKƏSƏNDƏ 9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜ ...

    10-11-2016, 17:08


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu