Son vaxtlar sosial şəbəkələrdə dərs ilinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən də qoşulanlar var.
Belə xəbərlər yayılıb ki, dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə qərar veriləcək.
Təhsil Nazirliyi orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib. Nazirlikdən cavab bildirilib ki, ümumtəhsil məktəblərində dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar əsassızdır.
Bildirilib ki, Prezidentin “Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.
Nazirlikdən həmçinin bildirilib ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətmir.
Yəni dərslər sentyabrın 15-i başlayıb, iyunun 14-də bitəcək.
Sorğu
Yeni dizaynımız necədir?