Hacıqabulda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
Hacıqabulda avtomobilin yolu keçərkən vurduğu piyada xəstəxanada ölüb.
gundemxeber.az-ın APA-ya istinadən məlumatına görə, sentyabrın 23-də Bakı-Qazax magistralının 94-cü kilometrliyində Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində “Mercedes” markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyat Musa oğlunu vuraraq ağır yaralayıb.
Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlər B. Xanəliyevin həyatını xilas edə bilməyiblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?