Zəhərlənmə faktı Lökbatan qəsəbəsi, 1-ci massiv küçəsində qeydə alınıb.
gundemxeber.az-un ölkə.az-a istinasdən xəbərinə görə, 1984-cü il təvəllüdlü Gülmirə İsaxan qızı Cəbrayılova və 1994-cü il təvəllüdlü Samirə İsaxan qızı Cəfərli 1 saylı şəhər xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdiriliblər.
Məlum olub ki, bacı olan qadınlar dəm qazından zəhərləniblər. Onlara lazımı tibbi yardımlar göstərildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Qaradağ RPİ-nin 10-cu polis bölməsində təhqiqat araşdırmaları aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?