GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Qubada meşə yanğınlarının səbəbi – insan amili, yoxsa təbii faktor... - ARAŞDIRMA

Qubada meşə yanğınlarının səbəbi – insan amili, yoxsa təbii faktor... - ARAŞDIRMA

Tarix: 31-07-2018, 15:51 Bölmə :Bölgə Baxış: 483
Qubada meşə yanğınlarının səbəbi – insan amili, yoxsa təbii faktor... - ARAŞDIRMA


İyulun 28-də Azərbaycanın şimalında güclü meşə yanğınları başlayıb. Alov Quba rayonunun İsnov və Qonaqkənd, həmçinin Siyəzən rayonunun Arzikuş və Köhnə Quşçu kəndlərində meşələrin yaxınlığındakı boş əraziləri əhatə edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən bildirilib ki, Quba ərazisində yanğın şənbə günü lokallaşdırılıb. Bazar günü Sizəyən rayonundakı yanğın lokallaşdırılıb. Yanğının söndürülməsinə vertolyotlar və amfibiya-təyyarə cəlb edilib. İyulun 29-da Siyəzən rayonunun Qalaaltı və Çıraqqala kəndləri yaxınlığında boş ərazilərdə yanğın başlayıb. Küləkli hava şəraiti ilə əlaqədar alov çətin keçilən dağ ərazilərində ətraf meşə massivlərinə keçib. Yanğının söndürülməsinə vertolyotlar cəlb edilib. Yanğın Altıağac Milli Parkının ərazisinə də keçib.

İyulun 30-da ETSN mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, Altıağac Milli Parkının ərazisinə keçən yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir: “Yanğının söndürülməsi üçün Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşları və aviasiya dəstəsinin qüvvələri tərəfindən operativ tədbirlər görülür. Yanğın çətin relyefli dağlıq ərazidə olduğundan texnikanın əraziyə cəlb olunmasında çətinliklər yaranıb, əsasən əl əməyindən istifadə edilir. Havanın isti və küləkli olması yanğının söndürülməsində çətinliklər yaradır.

Qeyd edək ki, yanğının baş verməsində təqsirkar olan şəxslərin tapılması və qanunamüvafiq cəzalandırılması, həmçinin dövlətə və təbiətə vurulmuş ziyanın ödətdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub. Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə, biçənək sahələrini yandırmamağa çağırır. Bildirilib ki, yanğının nə qədər ərazini əhatə etməsi və təbiətə dəyən zərərin miqdarı yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

“Yeni Müsavat”a danışan ekoloq Telman Zeynalov deyib ki, əslində meşə yanğınlarının baş vermə səbəbi heç zaman ildırım və digər bu kimi təbii hadisələr olmur: “Hazırda Şərqi Avropada, Amerikanın cənubunda və ümumilikdə bir çox yerlərdə meşə yanğınları baş verir. Bu yanğınlar özbaşına baş vermir. Onları kimsə törədir. Əgər araşdırsaq, bu məsələ ilə bağlı bir çox faktlar ortaya çıxar. Belə ki, alimlərin hələ 1600-cü illərdə yazdıqları hesabatlardan görünür ki, meşə yanğınlarına ildırım səbəb olmur. İldırım o zaman ağacı vurur ki, o, dağ zonasında tək ağacdır. Ümumilikdə isə ildırım adətən enerjini torpağa ötürür. Başqa yerlərdə meşəni ildırım vurmur. Çünki meşənin nəmişliyi buna maneə yaradır. Sadəcə olaraq, kiməsə sahə lazım olanda, götürüb otu, alağı yandırır.

Ot-alağın yanmasından çıxan alovu da külək aparır, meşəyə salır və nəticədə böyük yanğınlar başlayır. İnsan ərazi zəbt etmək üçün meşələri yandırır. Durduq yerdə hansısa meşə öz-özünə yana bilməz. İkincisi də iqlim dəyişikliyi var. İki aydan artıqdır ki, külək yoxdur. Deməli, hansısa silahlarla müdaxilə var. Stratosferlə troposferin arasında trapopauza var. Məsələn, yolu keçiriksə, yolun bir tərəfi bağ, digər tərəfi dayanacaqdır. Avtomobilin hərəkət etdiyi tras isə burada trapopauzadır. Buranın küləyi alçaq və yüksək təzyiqlilərdən fərqli olaraq qat-qat üstündür. Göydə də bu belədir. Ona görə də aylarla cənubdan gələn külək yağıntı gətirmir. Digər tərəfdə isə yağış dayanmır. Bunu araşdırmaq lazımdır. Dövlət vəsait ayırmalı, bütün bunları araşdırmalıdır. Yalandan deyirlər ki, qlobal iqlim dəyişməsinə səbəb karbon qazıdır və bütün zavodları bağlayırlar, camaat da işsiz qalır. Karbon qazı ağır qazdır və buna görə də heç zaman yuxarı qalxa bilmir. O, 1 kilometrdən yuxarı qalxmır. Alimlər araşdırmalıdırlar ki, temperatur niyə dəyişib. Meşə yanğınının isə səbəbi təbii deyil. Bunu, sadəcə olaraq, yandırırlar. Sakin taxıl ərazisini yandırır və bu cür hal baş verir. Yaxud da fermerin ərazisi azdır, ona ərazi lazım olduğu üçün ətrafı yandırıb, sonra ərazi əldə edir. Meşə yanğını varsa, ilk növbədə arx qazılmalıdır. Bu arx ona görə lazımdır ki, od aşağıdan, otlardan, alağlardan keçir. Arx isə alovun qarşısını alır. Daha sonra isə yanan ərazini söndürmək lazımdır. Bunu etməsələr, meşə yanğınının qarşısını almaq olmaz”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qəbələ meşələrində yanğın 80% lokallaşdırılıb - YENİLƏNİB

    Qəbələ meşələrində yanğın 80% lokallaşdırılıb - ...

    2-09-2017, 15:30

  • 
  • Hirkan Milli parkında baş verən yangın söndürülüb - YENİLƏNİB

    Hirkan Milli parkında baş verən yangın söndürülüb ...

    28-07-2018, 11:16

  • 
  • Altıağac Milli Parkında yanğının söndürülməsi davam etdirilir

    Altıağac Milli Parkında yanğının söndürülməsi ...

    30-07-2018, 11:52

  • 
  • Meşədə yanğın başlayıb [Video]

    Meşədə yanğın başlayıb [Video] ...

    5-07-2018, 14:32

  • 
  • Xızıdakı yanğın artıq meşələrə keçdi

    Xızıdakı yanğın artıq meşələrə keçdi ...

    29-07-2015, 23:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu