gundemxeber.az Xeberle.com-a istiblnadla xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsi ev 10 /11 mənzil 11 də qeydə alınıb. Ev sahibəsi Diba Qasımova oğluna çay qızdırmaq məqsədi ilə mətbəxə keçib və qazı yandırmaq istəyib. Elə hər şeydə bundan sonra baş verib. Alov qadını öz ağuşuna alıb. Digər otaqdan səsə gələn qadının oğlu Teymur Qasımov anasına kömək edərək alovu söndürməyə çalışıb. Nəticədə 56 yaşlı Diba Qasımova və oğlu 36 yaşlı Teymur Qasımov yanıq xəsarətləri alıblar. Yaralılar dərhal Sumqayıt şəhər TTYX-a çatdırılıblar. Qadının vəziyyəti ağır olduğundan, onu Bakı şəhər 5 saylı xəstəxanaya göndəriblər. Xəstəxanadan bildirililib ki, Diba Qasımova həkim müayinəsindən sonra övladlarının xahişi ilə evə aparılıb. Hazırda qadın tam həkim nəzarəti altında müalicəsini davam etdirir. Oğlu isə ambulator müayinəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?