Goranboyun Ağcakənd qəsəbəsində ailə faciəsi yaşanıb.
gundemxeber.az TTV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini İnqilab Qasımova məxsus evdə qaz sızması partlayışa səbəb olub. Nəticədə ailənin 4 üzvü, İnqilab Qasımov, həyat yoldaşı Şəbnəm Qasımova, övladları 9 yaşlı Yaqut Qasımova və 8 yaşlı İsa Qasımov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar dərhal qonşuların köməyi ilə Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan TTV-yə verilən məlumata görə, İnqilab Qasımovun vəziyyəti ağırdır. Şəbnəm Qasımovanın vəziyyəti isə orta ağır qiymətləndirilir. Hazırda yaralılar reanimasiya şöbəsində yerləşdirilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?