GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Tovuzda şəhid adına daha bir hörmətsizlik - məktəb, yoxsa xəstəxana? -VIDEO

Tovuzda şəhid adına daha bir hörmətsizlik - məktəb, yoxsa xəstəxana? -VIDEO

Tarix: 7-09-2018, 14:05 Bölmə :Bölgə Baxış: 405
Tovuzda şəhid adına daha bir hörmətsizlik - məktəb, yoxsa xəstəxana? -VIDEO


Tovuz rayonu, Alakol kəndinin məktəbliləri hərbi tibb məntəqəsində təhsil alırlar.

Buna səbəb 2016-cı il, mayın 2-də şəhid Nurəddin Sadıqov adına tam orta məktəbin binasında baş verən yanğın olub. Həmin ilin 4 mayından etibarən yanaraq yararsız hala düşən məktəbin şagirdləri təhsillərini kəndin tibb məntəqəsində davam etdirməyə başlayıblar. Rayon təhsil şöbəsinin müdir müavini Murğuz Əsədov mediaya açıqlamasında 2016-2017-ci tədris ilində Alakol kəndində yeni məktəb binasının inşa ediləcəyini desə də, problem hələ ki, həllini tapmayıb.

Qeyd edək ki, məktəb binası birmərtəbəli olmaqla 16 sinif otağından ibarət olub. 200 yerlik təhsil ocağında 301 şagird təhsil aldığından, məktəb binası iki növbəli fəaliyyət göstərirmiş. Hazırda isə Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır.

Tovuz rayon, Alakol kənd sakini Nəsir Əhmədli redaksiyamıza açıqlamasında bildirib ki, bu kənddəki 2 orta məktəbin heç birinin binası yoxdur:

"Kənddə heç vaxt müasir tipli bina tikilməyib. Bir məktəbin şagirdləri keçmiş kolxoz idarəsinin binasında, digərləri isə tibb məntəqəsinin darısqal binasında təhsil alırlar. Nurəddin Sadıqov adına tam orta məktəb kəndin ən qədim məktəbidir - 1924-cü ildə tikilib. Həmin məktəbə müvəqqəti istifadə üçün tikililər əlavə etmişdilər. Həmin tikililər isə 2016-cı ilin 2 mayında yandı. Sonradan ərazidə tikinti işlərinə başlasalar da, müəyyən müddətdən sonra daşları söküb apardılar. Köhnə binanın isə üstünü tamamilə söküblər. Bu, ürəkağrıdıcı mənzərədir. Düşünürəm ki, onu muzeyə çevirmək olardı".

"515 imzalı məktuba cavab gəlməyib"

Kəndin digər sakini Vüqar İsmayılov isə "Kommersant.az"a açıqlamasında qeyd edib ki, şəhidin adını daşıyan məktəbin hazırki vəziyyətdə olması ilk növbədə yeniyetmələrin vətən sevgisinə mənfi təsir edə bilər:

"Şərait olmayan yerdə təhsilin gələcəyi də sual altındadır. Təxminən 10 gün əvvəl 515 imza ilə prezidentə və Təhsil Nazirliyinə məktub göndərmişik. Hələ ki, məktuba cavab gəlməyib. Kənd sakinləri dəfələrlə Tovuz rayon icra başçısının qəbulunda olublar. Cavab verilib ki, məktəb tikiləcək. Ancaq konkret vaxt deyən yoxdur. Yanan məktəbin daşlarını rayonun keçmiş icra başçısı Tofiq Zeynalov öz tikintisi üçün taladı".

"Bu tədris ilini şagirdlər xəstəxanada keçirəcəklər"

Problemin həlli ilə bağlı görülən işlər barədə məlumat almaq üçün Tovuz rayon təhsil şöbəsinin müdiri Validə Hacıyeva ilə əlaqə saxladıq. V.Hacıyeva redaksiyamıza açıqlamasında bildirdi ki, məktəbin vəziyyəti ilə bağlı Təhsil Nazirliyinə yazılı müraciət edilib:

"Yəqin ki, 2019-cu ilin yanvarından məsələ ilə məşğul olacaqlar. Bu yay olmalı idi. Təhsil Nazirliyinin atdığı addımdır, Nazirliyin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bu işlərlə məşğul olur. Bu tədris ilini şagirdlər xəstəxanada keçirəcəklər. Oranın ikinci mərtəbəsi boşdur. 1-ci mərtəbədə isə məntəqə yalnız 1 otaqda yerləşir. Bina yanandan sonra aidiyyatı yerlərə məktublarımızı göndərmişik. Ağstafada yerləşən 6 saylı Təchizat İdarəsi də məsələdən məlumatlıdır. Tovuz rayonunda məktəb binası tikiləcək olsa, ilk növbədə Alakol kəndində inşa ediləcək".

Cəsarət Valehovdan "cəsarətli" açıqlama

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqədar şöbəsinin sektor müdiri Cəsarət Valehov isə məsələ ilə bağlı redaksiyamıza açıqlamasında bildirdi ki, əgər Tovuz rayon Təhsil Şöbəsi məsələ ilə bağlı nazirliyə müraciət edibsə, müvafiq strukturlar tərəfindən araşdırma aparılaraq müvafiq qərar qəbul ediləcək:

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şagird məktəb direktorunu döyüb?

    Şagird məktəb direktorunu döyüb? ...

    11-02-2014, 15:58

  • 
  • Bakıda məktəb bağlandı

    Bakıda məktəb bağlandı ...

    16-05-2014, 10:56

  • 
  • Cəbhəyanı kəndin orta məktəb binasında yanğın

    Cəbhəyanı kəndin orta məktəb binasında yanğın ...

    12-06-2017, 14:47

  • 
  • Azərbaycanda doğum evində yerləşən məktəb

    Azərbaycanda doğum evində yerləşən məktəb ...

    29-04-2016, 17:39

  • 
  • Sumqayıtda məktəb yandı

    Sumqayıtda məktəb yandı ...

    3-12-2012, 11:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu