Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Rayonun Qızılhacılı kəndində 1982-ci il təvəllüdlü yerli sakin Həsənov Teymur Qurban oğlunu yolu qarşı tərəfə keçmək istəyən zaman avtomobil vurub.
Müxtəlif bədən xəsarətləri alan T.Həsənov öncə Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb. O, ilkin tibbi yardım aldıqdan sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.
Bundan əvvəl Şəmkirdə 7 və 10 yaşlı uşaqları maşın vuraraq birini öldürüb, digərini yaralayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?