Agdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
gundemxeber.az report-a istinadən xəbər verir ki, gecə saatlarında yolu keçmək istəyən 65 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
Belə ki, şəhər sakini, 1952-ci il təvəllüdlü Səftər Yusif oglu Əzizov yolu keçərkən hərəkətdə olan avtomobil onu vurub. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxanadan "Report"a bildirilib ki, həkimlərin səyinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?