Sumqayıtda restoranların birində məzhəkəçilik (kloun) edən qadın naməlum şəraitdə ölüb.
"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə şəhərin Sahil küçəsində yerləşən restoranlardan birində baş verib.
Sumqayıt şəhər sakini, təxminən 45-50 yaşlarında olan qadın restoranda məzhəkəçilik edərkən qəflətən dünyasını dəyişib. Qadının hansı səbəbdən dünyasını dəyişdiyi bilinməsə də, ekspertıza zamanı onun içkili olduğu məlum olub.
Hazırda onun kimliyi və ölüm səbəbi müəyyənləşdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?