Bu gün səhər saatlarında Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında orta yaşlı qadın meyiti tapılıb. Hadisə yerinə şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və ilkin müayinələrə başlayıblar.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə aparılıb. Şöbə rəisi Nazim Rüstəmovun SalamNews-a verdiyi açıqlamaya görə, Sumqayıt şəhər sakini, 1982-ci il təvəllüdlü Bayramova Sevda Vidadi qızının daxili orqanlarında zorakılıq əlamətləri aşkar edilib. Təyin olunan məhkəmə tibbi ekspertizasının rəyindən sonra qadının ölüm faktı dəqiq məlum olacaq. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırmalar davam etdirilir, hələlik saxlanılan şəxs yoxdur. Qeyd edək ki, Sevda Bayramova evdar qadın olub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?