Salyan rayonunda Məşhəd və Kərbəla ziyarətinə getmək istəyənləri aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.
Rayonun Xalac kənd sakini Cəmil Gülağa oğlu Mirzəyev Salyan rayon Polis şöbəsinə müraciət edib.
O, təsadüfən tanış olduğu Miramil adlı şəxsin onu və həyat yoldaşını Məşhəd və Kərbəla ziyarətlərinə aparacağı adı ilə ondan 640 manat və ümumvətəndaş pasportunu aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər. H.Əliyev küçəsi, ev 46, mənzil 34 ünvanında yaşayan Amil Əlisəfa oğlu Zeynalov olduğu müəyyənləşib.
Aparılmış araşdırma zamanı məlum olub ki, Cəmil Mirzəyev Nigar Hacıağa qızı Sadıqova və Sona Budaq qızı Həsənovanın Məşhəd və Kərbəla ziyarətinə aparılması üçün Amil Zeynalova bu il oktyabrın 8-də rayonun Qarabağlı kəndində 320, oktyabrın 10-da isə Xalac kəndində 320 manat pul verib. Lakin A.Zeynalov həmin şəxsləri ziyarətə aparmayıb. A.Zeynalov qeyd olunan ziyarətlərdən qayıdarkən saxlanılıb. O, törətdiyi əməli etiraf edib.
Faktla bağlı Salyan rayon Polis şöbəsində araşdırma aparılır./Report
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?