Bu barədə "Report"un Şimal bürosuna Avtomobil Yolları Dövlət Agentliyinin 5 saylı Quba Yol İdarəsindən və Daxili İşlər Nazirliyinin Quba Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Belə ki, ötən gün Qubada yağan qarın hündürlüyü külək səbəbindən maksimum 10 santimetrə çatıb. Quba-Xınalıq yolunda isə qarın hündürlüyü 7-10 santimetr olub.
Quba-Qonaqkənd yolunda və digər avtomobil yollarında qabaqlayıcı tədbirlər nəticəsində təhlükəsizlik təmin olunub. Yollara qum və duz səpilib, təhlükə törədən ağacların budanması işi aparılıb.
Quba Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Quba-Xınalıq yolunda sürüşüb yoldan çıxmış avtomobilin xanım sürücüsünə yardım edib və maşını yola çıxarıb.
Hazırda avtomobil yollarında hərəkətdə problem yoxdur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?