İyunun 11-də keçirilən qəbulda Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qəbulda bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, məqsədyönlü tədbirlər həyata keçirilir, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir.
Daşkəsənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində görülən tədbirlərdən, o cümlədən son illər Muşavaq kəndində aparılmış abadıq-quruculuq işləri barədə danışan rayon rəhbəri əhalinin rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Sonra vətəndaşların müraciətləri dinlənilib. Sakinlər cari ilin may ayının 19-da və 24-də rayon ərazisində baş vermiş təbii fəlakətin vurduğu ziyanların aradan qaldırılması, kənddaxili və kəndə gələn avtomobil yolunun cari təmir olunması, elektrik dirəklərinin dəyişdirilməsi,qaz xəttinin çəkilməsi və digər məsələlər barədə müraciətlər ediblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həll edilməsi məqsədilə əlaqədar qurumlara aidiyyəti tapşırıqlarını verib. Müraciətlərin əksəriyyəti yerində həllini tapıb. Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən ardıcıl tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?