Şabranda dördmərtəbəli binada yanğın baş verib. Yanğınla bağlı xəstəxanaya 7 nəfər gətirilib.
"Yeni Sabah" bildirir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 51 yaşlı kişi sağ topuğun kəsilmiş yarası, 29 yaşlı kişi və 16, 42, 35, 24 və 30 yaşlı qadınlar isə stress və tüstüdən boğulma ilə xəstəxanaya müraciət ediblər:
"Onlardan 2-si cərrahiyyə şöbəsinə, 5 nəfər isə reanimasiyaya yerləşdirilib. Vəziyyətləri orta ağır qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur".
Qeyd edək ki, yaşayış binası əlillər üçün tikilib./oxu.az
Sorğu
Yeni dizaynımız necədir?