"Çox sağ olunki varsınız. Bizlərin problemlərini GundemXeber.Az saytınız vasitəsi ilə aidiyyəti orqanlara çatdırırsınız.
27-08-2019-cu il tarixdə saytınızda “Tovuzda polis əməkdaşı qanunu deyil, qanunsuzluğu müdafiə edib” başlıqlı yazı dərc olunmuşdur. Yazida Qovlar şəhərinin polis sahə rəisi Paşa Rzayevin hərəkətsizliyi və DİN-i əməkdaşlarının etik davranış KODEKSİNN müddəalarını gobud şəkildə pozması haqqında yazı dərc olunmuşdur. Həmin tənqidi yazı ilə bağlı DİN-nin Tovuz RPŞ-nin rəisi cənab Ş.Əsgərov araşdırma aparmış, yazılan faktların doğru olduğu öz təsdiqini tapmışdır. Araşdırmanın nəticəsi olaraq Tovuz RPŞ-nin Qovlar şəhərinin polis sahə rəisi Paşa Rzayevə töhmət elan edilmişdir.Tənqidi yazının tez operatif qaydada araşdırılması, reaksiya verilməsi və ölçü götürülməsinə görə Tovuz RPŞ-nin rəisi cənab Şirzad Əsgərova öz təşəkkürümü bildirirəm."
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?