Ərazisi işğal olunmuş Rayon Polis Şöbəsində (RPŞ) çalışan, adının çəkilməsini istəməyən polis zabitinin “Gündəm xəbər”ə verdiyi məlumata görə, bir əməkdaşın Hepatit virusuna yoluxması aşkarlanıb.
Belə ki, ötən ilin sentyabr ayında DİN Tibb idarəsindən növbəti həkim komissiyasından keçən əməkdaşa Hepatit “C” diaqnozu qoyulub. Həmin vaxtdan öz hesabına müalicə alan polis əməkdaşının borcu 6 min manata qədər yüksəlib. Yaxın qohumlarının maddi dəstəyi də xəstənin müalicəsinə kömək etməyib.
Hepatit virusuna qarşı dərmanların həddən artıq baha olması səbəbindən polis əməkdaşı müalicəsini dayandırmaq məcburiyyətində qalıb.
Ərazisi işğal olunmuş həmin RPŞ-nin rəisinə xəstə əməkdaşın maddi yardımla bağlı müraciət etməsinə baxmayaraq, heç bir reaksiya verilməyib. “Gündəm xəbər” olaraq cənab RPŞ-nin rəisinə bildiririk ki, əl tutmaq Əlidən qalıb.
Daxili və şəxsi (yığdığınız) hesabınızdan xəstə əməkdaşınıza dəstək olsanız heç də kasıb düşməzsiniz. Yazıda adı keçən xəstə əməkdaş və məchul rəis haqqında araşdırmalarımız davam edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?