Biləsuvar rayonunda ölümlə nəticələnən qəza baş verib.
Hadisə rayonun Səmədabad kəndində olub.
Kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədov Fəqan Mirzəbala oğlu yaşadığı evin həyətində traktoru işə salarkən traktor qəfil hərəkətə gəlib və həyətin darvazasını açmaq istəyən anası, 1959-cu il təvəllüdlü Məmmədova Umnisə Əliş qızını vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb./Trend
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?