Dekabrın 26-da rayonun Burunc kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Nəcəfov evdə sərxoş vəziyyətdə qardaşı Arif Nəcəfovla mübahisə edib.
Bununla bağlı polisə çağırış daxil olub və Tərtər Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin sahə rəisi, polis mayoru Elçin Aslanov həmin evə gedib.
S. Nəcəfov mübahisə zamanı mayor E. Aslanova 5 bıçaq zərbəsi vurub, onlardan 4-ü qarnına dəyib.
Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanılıb. S. Nəcəfov şübhəli şəxs qismində tutulub./qafqazinfo
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?