Qızımın meyitini görən şəxslər polisə aparılıb və onlardan izahat alınıb.
Gundemxeber.az xəbər verir ki, bu sözləri Baku.ws-ə yandırılmış vəziyyətdə meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın atası Şərif Quliyev bildirib.
“Saxlanılan şəxslər qızımın yanan meyitini söndürən adamlardır. Onlar olmasa idi, uşağın meyiti tamamilə yanardı.
Birinin artıq izahatı alınıb, sərbəst buraxılıb. Digəri də böyük ehtimalla sərbəst buraxılacaq. Onların heç bir günahı yoxdur. Onlar sadəcə meyiti ilk görənlərdəndir. Yəqin ki, polis də bu səbəbdən onlardan izahat alıb”, - deyə Şərif Quliyev bildirib.
Məlumat üçün onu da bildirək ki, Nərmin Quliyeva bu gün saat 12:00-da Dondar Quşçu kənd qəbiristanlığında dəfn olunacaq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?