GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Qonşunu çağırıb ki, hasarının dibində nəsə yanır" - 10 yaşlı qızın DƏHŞƏTLİ QƏTLİ

"Qonşunu çağırıb ki, hasarının dibində nəsə yanır" - 10 yaşlı qızın DƏHŞƏTLİ QƏTLİ

Tarix: 8-01-2020, 10:20 Bölmə :Cəmiyyət Baxış: 379
"Qonşunu çağırıb ki, hasarının dibində nəsə yanır" - 10 yaşlı qızın DƏHŞƏTLİ QƏTLİ


Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 10 yaşlı Nərmin Quliyevanın "qəsdən öldürülməsi" ilə bağlı cinayət işi başlanıb.

Gundemxeber.Az bildirir ki, Baş Prokurorluq məlumat yayıb ki, azyaşlının yanmış meyiti aşkar edilən kimi hüquq-mühafizə orqanlarının əməkdaşları Tovuz rayonuna ezam olunublar.

10 yaşlı Nərmin Quliyeva noyabr ayında itkin düşüb. "Valideynlərinin deməsinə görə, uşaq günorta saat 3-4 arasında evdən çıxıb əmisigilə gedib, bir də axşam xəbər tutublar ki, qız yoxdur", Tovuz rayonun Dondar Quşçu bələdiyyəsinin sədri Elmar Mürşüdov BBC News Azərbaycancaya deyib.

Onun sözlərinə görə, indiyədək bu kənddə hər hansı uşaq itməyib: "Kənddə evlər sıx-sıxdır, günorta vaxtlarında da çöldə-bayırda adam olur", o bildirib.

Nərmin Quliyevanı heç yerdə tapa bilməyəndən sonra ailə polisə müraciət edib: "Polis gündə kənddəydi. Bütün evləri axtarıb, hətta ot tayalarına kimi baxırdılar. Axtarışlar kənddə də, rayonun başqa kəndlərində də gedirdi. Polis hər gün təkrar-təkrar qayıdıb qonşuların evlərini, həyətyanı sahəsini yoxlayırdı", Elmar Mürşüdov əlavə edib.

Bələdiyyə sədri deyib ki, kənddə əhalinin sayı 4500-4600-dür. Onun sözlərinə görə, kənddə boş ev, qeydiyyatda olub kənarda yaşayan adam, demək olar ki, azdır.

Azyaşlının meyiti bazar ertəsi günü axşam saatlarında "təsadüfən tapılıb".

Elmar Mürşüdov deyib ki, azyaşlının meyitini qonşulardan biri tapıb: "Qonşu çölə çıxıb siqaret çəkməyə, görüb ki, o biri qonşunun hasarının dibində nəsə yanır, yaxınlaşıb. O da deyib birdən ev yanar, qonşunu çağırıb, deyib ki, hasarın böyründə nəsə yanır. O da torpaq töküb söndürüb. Sonradan görüblər ki, uşaq meyitidir. Polisə xəbər ediblər".

Tovuz Rayon Polis Şöbəsindən BBC News Azərbaycancaya bildirilib ki, noyabrın 21-də itkin düşmüş azyaşlının tapılmamasından bir neçə gün sonra onun qəsdən öldürülməsindən şübhələr olub və ona görə də iş Baş Prokurorluğa verilib.

Noyabrın axırından bəri azyaşlının izini niyə tapmaq mümkün olmayıb? Baş Prokurorluğun mətbuat xidməti yaydığı son məlumatda bildirib ki, azyaşlı itkin düşəndən sonra Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmış, habelə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin kinoloji qrupunun təlimatçıları xüsusi təlim keçmiş itlərlə Dondar Quşçu kəndi və ətraf ərazilərdə axtarışlara cəlb ediliblər.

Baş Prokurorluq bildirib ki, azyaşlının atası Şərif Quliyev 2019-cu il noyabrın 21-də saat 14:00 radələrində özünə məxsus gödəkçəni gətirmək üçün qızı Nərmin Quliyevanı həmin kənddə yaşayan qardaşının evinə göndərmiş və Nərmin Quliyeva əmisinin evinə gedib oradan çıxdıqdan sonra naməlum şəraitdə itkin düşüb.

Nərminin meyitini bir kənd sakinin aşkar etdiyini deyən Baş Prokurorluq hadisəni törədənlərin tapılması üçün intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirildiyini bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) adının çəkilməsini istəməyən əməkdaşının BBC News Azərbaycancaya verdiyi məlumata görə, 2018-ci ilin ilk 9 ayının nəticələrinə görə, Azərbaycanda məişətdə baş vermiş cinayət hallarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: "Bunlardan 112 faktda qadın özünü öldürüb. Onlardan 11-i azyaşlı qızlar" olub.

Rəsmi statistikaya görə, 2017-ci ilin doqquz ayı üzrə məişət zorakılığı üzrə cinayət halları 700-dən çox, 2018-ci ildə isə 700-ə yaxın olub.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuzda meyiti tapılan 10 yaşlı qızın öldürüldüyü təsdiqlənib

    Tovuzda meyiti tapılan 10 yaşlı qızın öldürüldüyü ...

    7-01-2020, 10:39

  • 
  • Tovuzda 10 yaşlı Nərminin yandırılaraq qətlə yetirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

    Tovuzda 10 yaşlı Nərminin yandırılaraq qətlə ...

    7-01-2020, 20:37

  • 
  • “Aidiyyatı orqanlara...” - Məşhurlarımız bu dəfə Nərmin üçün ayağa qalxdı, göz yaşı tökdü

    “Aidiyyatı orqanlara...” - Məşhurlarımız bu dəfə ...

    7-01-2020, 14:58

  • 
  • Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf qohumları göstərilir

    Tovuzda qızın vəhşicəsinə öldürülməsi: Hədəf ...

    7-01-2020, 15:05

  • 
  • 24 yaşlı gənci avtomobil vurdu

    24 yaşlı gənci avtomobil vurdu ...

    6-06-2016, 12:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu