GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » "Turizm cənnəti" Qəbələdə CƏHƏNNƏM AB-HAVASI...

"Turizm cənnəti" Qəbələdə CƏHƏNNƏM AB-HAVASI...

Tarix: 6-02-2020, 15:10 Bölmə :Bölgə Baxış: 319
"Turizm cənnəti" Qəbələdə CƏHƏNNƏM AB-HAVASI...


Azərbaycanda turizm deyəndə ağla qeyd-şərtsiz Qəbələ gəlir. Təbiəti, mətbəxi, naz-nemətləri ilə insanları valeh edən bölgədə lap bənzədiyi Monakonun knyazlarını heyrətə salacaq qədər pul qazanmaq olar. Di gəl ki, hər şey Qəbələnin "üçqulaq" paxlavası kimi asan deyil. Buranın elə kəndləri var ki, oraya gedib çatınca nəinki bütün pulun, az qala canın çıxır.

Gundemxeber.Az Sputnik Azərbaycana istinadla bildirir ki, Qəbələnin Bayramkoxa kəndi rayon mərkəzindən 25 km aralıda, kəndlərin arasında yerləşir. Oraya getmək üçün hava limanı istiqamətinə bir neçə km asfalt yolu avtomobillə qət edib Hacallı kəndinin tuşunda dayanmaq lazımdır. Burada ciyərləri hava ilə doldurub üzü "keçmişə" dönürsən: irili-xırdalı daşlarla dolu, iki yüz ilə kimi tarixi olan dədə-baba yolu özü aparıb çıxaracaq Bayramkoxaya.

Təqribən 40-45 dəqiqədən sonra kənd mərkəzinə çatmaq mümkündür. Bayramkoxa kəndinin çox səfalı havası, heyvandarlıq üçün əlverişli şəraiti var. Kənd sakinləri heyvandarlıq və əkinçiliklə məşğuldurlar. Möhtəşəm təbiətə malik olan bu kəndi Dəmiraparan çayi iki hissəyə bölür. Kəndə aid olan əkin sahələrinin 70 faizindən çoxu da çayın digər tayındadır. Vay o günə ki körpü işləməsin...

Kənd əhlinin sayı 1300-dən bir az artıqdır, burada 270-dən çox təsərrüfat mövcuddur. Bizi kəndə gətirən "yol", kənd sakinlərinin sözlərinə görə, sonuncu dəfə 1985-ci ildə asfalt üzü görüb. Kənd sakini Osman Həsənov artıq şikayətlənməkdən də bezdiklərini deyir: "Hətta təcili tibbi yardıma zəng edəndə bizim kənd camaatı kimi, onlar da çıxılmaz vəziyyətdə qalırlar. Hərdən ağır vəziyyətdə olan xəstəni xəstəxanaya çatdırmağa çətinlik çəkirik. Dəfələrlə aidiyyəti qurumlara müraciət etmişik. Bizə problemin yaxın zamanlarda həll olunacağını bildiriblər. Amma yenə də heç kimdən səs yoxdur".

Kənd icra nümayəndəsi Şahin Abbasov da elə sakinlərlə bir dərddədir. Onun dediyinə görə, əsas yol bir yana, kəndi iki hissəyə ayıran körpü də başqa bir problemdir: "Bir neçə kəndin bir qəbristanlığı var və o da bizim kənddə yerləşir. Hamı eyni körpüdən istifadə edir. Təsəvvür edin ki, bir az güclü yağış yağdı, sel gəldisə - körpü yoxdur. Hamı pis vəziyyətdə qalır, nə xeyrə, nə də şərə gedə bilirik. Çıxılmaz, dözülməz bir vəziyyət alınır.

Hazırda da vəziyyəti heç də ürəkaçan deyil, taxtadan hazırlanmış körpüdən istifadə hər an təhlükə saçır və qəzasız-bəlasız körpünü keçən hamı dua edir".

Körpüdən keçməyib evdə oturmaq isə mümkün deyil, çünki əkin sahələri çayın o biri üzündədir. Kənd icra nümayəndəsi onu da bildirdi ki, keçilməz vəziyyətdə olan bu yoldan ümumilikdə dörd mindən artıq insan istifadə edir və yol beş kəndi bir-biri ilə birləşdirən yeganə vasitədir. Sakinlər müxtəlif ünvanlara məktublar göndərsələr də gələn cavablar ürəkaçan olmayıb. Bayramkoxa kənd sakinləri səbirsizliklə problemlərinin tezliklə həll olunacağını gözləyirlər.

Şahin Abbasov rayon icra hakimiyyətinə yol və körpünün durumu ilə bağlı məlumat verdiyini deyib və oradan problemin yaxın zamanlarda həll olunacağı, aidiyyatı qurumlara müraciət olunduğu bildirilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qəbələnin Tikanlı kəndində aksiya

    Qəbələnin Tikanlı kəndində aksiya ...

    11-04-2013, 10:08

  • 
  • Qəbələdə ağır qəza: piyada öldü

    Qəbələdə ağır qəza: piyada öldü ...

    8-10-2016, 23:43

  • 
  • Yağış yağacaq, dolu düşəcək - Sabahın havası

    Yağış yağacaq, dolu düşəcək - Sabahın havası ...

    19-06-2016, 13:04

  • 
  • Leysan, dolu - Sabahın HAVASI

    Leysan, dolu - Sabahın HAVASI ...

    10-07-2016, 15:29

  • 
  • ​Prezident İlham Əliyev: “Bu il Qəbələ şəhərinə dəmir yolu çəkiləcək”

    ​Prezident İlham Əliyev: “Bu il Qəbələ şəhərinə ...

    30-01-2018, 16:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (479)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu