Tərtər rayonunda ana azyaşlı övladını işgəncə məqsədilə yandırıb.
Hadisə rayonun Azadqaraqoyunlu kəndində baş verib.
Kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü T.Dünyamalızadəni nadinclik etdiyi üçün cəzalandırıb. Qadın şişi qaz sobasında qızdıraraq, azyaşlının bud, çanaq, qol və əlinə basıb.
Hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıb.//trend
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?