Ötən axşam Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində İrana məxsus yük maşını aşıb.
Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, hadisə nəticəsində yük maşınının sürücüsü, İran İslam Respublikasının vətəndaşı, 42 yaşlı Növbəxt Xudaverdi oğlu Növbəxt müxtəlif dərəcəli bədən xəsarətləri aldığından Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta-ağırdır.Hadisənin yük maşını sürcüsünün sükan arxasında yuxulaması səbəbindən baş verdiyi deyilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?