Ötən axşam yeni istifadəyə verilmiş Ələt-Astara yolunun Neftçala rayonundan keçən 90-cı km-də piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, “MERCEDES-BENZ ATEGO” markalı yük maşını təkəri sıradan çıxdığı üçün yolun kənarında dayanarkən sərnişinləri kabinədən düşərək sürcüyə kömək etmək istəyiblər. Bu vaxt arxadan gələn eyni markalı başqa yük maşını onları vurub. Hadisə nəticəsində Bakının Ramana qəsəbə sakini, 42 yaşlı Aydın Cənnətov oradaca dünyasını dəyişib. Xəsarət almış Astara rayon sakinləri -19 yaşlı Rəhmin Ramiz oğlu Əsədullayev və 23 yaşlı Orxan Zahid oğlu Mirzəzadə Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, Orxan Mirzəzadənin vəziyyəti qənaətbaxş olduğundan ambulatory müalicə üçün evə buraxılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisində araşdırmalara başlanılıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?