GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Daşkəsəndə müşavirə keçirildi-FOTO

Daşkəsəndə müşavirə keçirildi-FOTO

Tarix: 12-03-2020, 15:59 Bölmə :Bölgə Baxış: 817
Daşkəsəndə müşavirə keçirildi-FOTO


Martın 12-də Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev rayon ərazisində yaylaq mövsümünün başlaması ilə əlaqədar RİHBA-nın məsul işçilərinin, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirdə həmçinin Rayon Polis Şöbəsinin rəis müavini Elzadə Cəfərov, Daşkəsən DAİM-in direktoru Azər Hacıyev, rayon Baytarlıq xidmətinin rəisi Naibə Paşayeva və rayon Statistika idarəsinin rəisi Xasay Hüseynov iştirak ediblər.

Daşkəsəndə müşavirə keçirildi-FOTO


Müşavirəni giriş nitqi ilə açan Əhəd Abıyev deyib: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 2013-cü il tarixli 156 nömrəli Qərarına əsasən Dövlət fondu yay otlaq sahələrinin səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi məqsədilə otlaq sahələri hər bir rayonun özünə aid edilmişdir. O cümlədən də Daşkəsən rayonu ərazisində olan yay otlaqlarının istifadəsinə nəzarət aidiyyəti üzrə Daşkəsən Rayon İcra Hakimiyyətinə verilmişdir.

Daşkəsəndə müşavirə keçirildi-FOTO


Həmin qərarın icrası ilə bağlı aran rayonlarından və rayonun hüquqi və fiziki şəxsləri tərəfindən 2020-ci ilin yay mövsümü ərzində rayon ərazisində olan yay otlaq sahələrinə davarların gətirilməsi ilə əlaqədar dövlət fondu yay otlaq sahələrinin səmərəli istifadəsi, mühafizəsi və xəstəliklərin qarşısının alınması üçün baytarlıq xidməti tədbirlərinin həyata keçmək, təsərrüfat sahiblərinə heyvanların sağlamlıq vəziyyəti barədə baytarlıq şəhadətnaməsinin (Forma №-1) verilməsini təmin etmək məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 10 mart 2020-ci il tarixli 13 nömrəli sərəncamı ilə rayon ərazisində yerləşən yay-otlaq sahələrinə gedən keçid yollarda 12 mart 2020-ci il tarixdən 30 iyun 2020-ci il tarixə kimi Gəncə-Daşkəsən şose yolunda, Bayan kəndi ərazisində yerləşən “Gülazar” bulağının yanında, Çovdar kəndi ərazisində yerləşən “Xanımcan” bulağının yanında, Çaykənd kəndi ərazisində nəzarət məntəqələri yaradılır.

Daşkəsəndə müşavirə keçirildi-FOTO


Əlavə olaraq bəzi yerlərdən də sürülərin rayona qanunsuz olaraq gətirilməsi hallarına yol verilir və bəzi təsərrüfat sahiblərinin şəxsi marağı səbəbindən həmin təsərrüfatlar uçotdan və nəzarətdən yayındırılmağa çalışılır. Həmin ərazilərdə də aidiyyəti sahə inspektorlarının iştirakı ilə yaradılmış işçi qrupları tərəfindən bunun qarşısı alınacaqdır və həmin sürülər qanunsuz düşdüyü ərazilərdən uzaqlaşdırılacaqdır.

Daşkəsəndə müşavirə keçirildi-FOTO


Əraziyə qanunsuz yolla gətirilən həmin sürülər yerlərdə sakinlərə məxsus əkin sahələrinə, pay torpaqlarına ziyan vurur. Yerli vətəndaşlarla, digər hüquqi və fiziki şəxslərlə qarşıdurmalara, münaqişələrə, məhkəmə çəkişmələrinə səbəb olur. Bu kimi halların qarşısını almaq məqsədilə bu məsələyə çox ciddi yanaşılmalıdır. Buna yol verməyə çalışan şəxslərə çox ciddi xəbərdarlıq edilir.

Daşkəsəndə müşavirə keçirildi-FOTO


Müvafiq sərəncama əsasən rayonunun yay otlaq sahələrinin keçid ərazilərində yaradılan baytarlıq məntəqələrində və mövsüm ərzində bütün yaylaqlarda asayişin qorunması polis əməkdaşlarının iştirakı ilə təmin ediləcəkdir.

Daşkəsəndə müşavirə keçirildi-FOTO


Yaradılan baytarlıq məntəqələrinə ayrılan baytar xidməti mütəxəssisləri tərəfindən yaylaq mövsümündə heyvanlar arasında baş verə biləcək xəstəliklərin qarşısının alınması məqsədi ilə keçid məntəqələrində, təsərrüfatlarda heyvanlar arasında bütün xəstəliklər üzrə aparılmış profilaktiki tədbirlərin sənədləri tam yoxlanılmalı, baytar şəhadətnaməsi olmayan sürülərin yaylağa buraxılmasına yol verilməməlidir.

Baytarlıq məntəqələrinin mütəxəssislərinə xidməti istifadə məqsədilə aidiyyəti şəxslərin, bələdiyyə sədrlərinin, icra nümayəndələrinin əlaqə telefonları və yerli sakinlərə məxsus təsərrüfatlarda olan heyvanların baş sayı barədə müvafiq siyahılar təqdim olunmuşdur.

Daşkəsəndə müşavirə keçirildi-FOTO


Məntəqəyə yaxınlaşan hər bir təsərrüfat sahibi şəxsiyyətini təsdiq edən sənədi, 1 №-li baytarlıq şəhadətnaməsini, heyvanların baş sayı haqqında arayışı və Rayon İcra Hakimiyyətinin möhürü ilə təsdiq olunmuş və məsul işçisinin imzası ilə verilmiş müvafiq buraxılış vərəqəsini təqdim etdikdən sonra sürülərin yaylaqlara buraxılması təmin edilə bilər.

Rayonumuzun milli sərvəti olan dövlət fondu yay otlaqlarının səmərəli istifadəsinin və mühafizəsinin təmin edilməsi məqsədilə Torpaq Məcəlləsinə, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, “Örüş, otlaq və biçənək sahələrinin icarəyə verilməsi, habelə

istifadə edilməsi” Qaydalarına uyğun torpaqların istifadəsi, icarəçilər tərəfindən torpaqdan təyinatı üzrə düzgün istifadə edilməməsi, yay otlaq sahələrinin özbaşına icarəyə verilməsi, icarə müqavilələrinin şərtlərini pozulmaqla icarə haqlarının ödənilməməsi və s. bu kimi halların qarşısının alınması üçün aidiyyəti tədbirlərin görülməsi tərəfimizdən nəzarətdə saxlanılacaqdır.

Sonra fermerlər üçün daha əlverişli şəraitin yaradılması üçün bu sahədə olan mövcud problemlər təhlili edilmiş və həlli yolları müzakirə olunmuşdur.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  QAZAXLI KƏNDİNDƏ VƏTƏNDAŞLARIN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB

    DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ...

    9-04-2019, 21:27

  • 
  • DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  ƏHMƏDLİ VƏ DARDƏRƏ  KƏND SAKİNLƏRİNİN NÖVBƏTİ SƏYYAR QƏBULUNU KEÇİRİB - FOTOLAR

    DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ...

    20-12-2018, 11:16

  • 
  • DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ABIYEV  QUŞÇU KÖRPÜSÜ QƏSƏBƏSİNDƏ SAKİNLƏRİN SƏYYAR QƏBULUNU KEÇİRİB -FOTOLAR

    DAŞKƏSƏN RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI ƏHƏD ...

    26-12-2018, 23:51

  • 
  • Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd Abıyev Zəylik kəndində sakinlərlə növbəti səyyar qəbulunu keçirib

    Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı Əhəd ...

    25-02-2019, 16:28

  • 
  • Əhəd Abıyev qəza xəbəri yayan jurnalisti təhqir etdi: - “Onu yazanın...”

    Əhəd Abıyev qəza xəbəri yayan jurnalisti təhqir ...

    4-12-2018, 16:47


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (380)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu