Ağsu rayon sakini 1956-cı il təvəllüdlü Nəsirova Nzakət Bəhrəm qızı koronavirus şübhəsi ilə karantinə götürülüb.
Bu barədə məlumat verən Ağsu rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Əli Hüseynov bildirib ki, Nəzakət Nəsirova mart ayının 31-də yüksək hərarətlə bağlı analiz üçün xəstəxanaya müraciət edib. Həkim müayinəsi zamanı virusa yoluxma ilə şübhəli bilinərək analiz götürülərək xüsusiləşmiş laboratoriyaya göndərilib. Bu gün analizin cavabı açıqlanıb və həmin şəxsdə koronavurus əlamətləri olması müəyyən edilərək, xüsisi həkim birqadası tərəfindən Qobustan rayonunda yerləşən karantin xəstəxanasına təhfil verilib.
Əli Hüseynov qeyd edib ki, Nəzakət Nəsirovanın ailə üzvlərindən də analiz götürülərək xüsusiləşmiş laborotoriyaya göndərilib. Hazırda ailə polis karantini altındadır.
Sorğu
Yeni dizaynımız necədir?