Ağsunun Bico kəndində günlərdir əhali içməli suya həsrət qalıb.
Gundemxeber.Az bildirir ki, bu barədə Qaynarinfo-ya kənd sakinləri məlumat verib. Bildiriblər ki, artıq 10 gündür içməli suyun verilişi dayandırılıb. Müvafiq qurumlar məsələdən xəbərdar olsalar da, problemin həlli üçün heç bir addım atmırlar.
"Bir neçə gün öncə rayon su idarəsindən gəlib, şikayətləri dinlədilər. Amma bir əncam çəkən yoxdur. Su üçün o qədər yolu rayon mərkəzinə getmək məcburiyyətində qalırıq", - deyə şikayətdə bildirilib.
Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev 2017-ci ilin 17 mart tarixində "Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən 170 kənddə əhalinin su təminatının yaxşılaşdırılması məqsədilə müvafiq layihələrin icrası üçün "Azərsu" ASC-yə 14 milyon manat vəsait ayrılıb. 2017-ci ilin sonunda qurumun yaydığı məlumatda isə Ağsunun 20 kəndində, o cümlədən Bico kəndində də bu istiqamətdə işlərin uğurla yerinə yetirildiyi qeyd olunub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?