Lerikdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Gundemxeber.Az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, avqustun 26-da saat 18.00 radələrində Lerik rayonunun Züvüç kəndi ərazisində kənd sakini Tamerlan Əliyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili dərəyə aşırıb. Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Lerik RPŞ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Tamerlan Əliyev Lerik Rayonu Orand kənd məktəbinin Texnologiya müəllimi işləyirdi!
Sorğu
Yeni dizaynımız necədir?