Xaçmaz Şəhər İcra Hakimiyyəti “Taleh-A.T.” MMC ilə maliyyə dəyəri 953 054.14 AZN olan müqavilə imzalayıb.
Gundemxeber.Az xəbər verir ki, şirkət bu məbləğə Xaçmazda şəhərdaxili küçələrin təmiri və yenidən qurulmasını həyata keçirməlidir.
İqtidasiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən “Taleh A.T.” MMC 18 fevral 1997-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 8 437 000 AZN olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Böyük Şor qəsəbəsi ( Daş karxana), ev 63Q, mənzil 2095-ci məhəllədə yerləşir. Şirkətin qanuni təmsilçisi Əliyev Məhəmmədəli Heydər oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, “Taleh A.T.” MMC bir sıra iri məbləğ dövləsatınalmalarının qalibi olub. Lakin bu şirkət həm də idxal etdiyi malların real qiymətini azaltması ilə gündəmə gəlmişdi. Həmin vaxt Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumatdan aydın olurdu ki, “Taleh A.T.” MMC ölkəyə real dəyəri 129 915,13 ABŞ dolları müxtəlif məhsullar idxal edib. Rəsmi sənədlərdə isə bu məbləğ 67 360.01 ABŞ dolları göstərilib. Beləliklə, şirkət idxal etdiyi məhsulların qiymətini yarıbayarı azaldaraq 62 565,12 ABŞ dollarını gizlətməklə vergidən yayınmağa cəhd edib.
Belə bir şirkətin qalib gəldiyi tenderin şəffaf şəkildə keçirildiyi bir qədər şübhəli görünür./yenisabah.az/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?