GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » İki aylıq şirkət necə qalib elan olunub?

İki aylıq şirkət necə qalib elan olunub?

Tarix: 18-11-2019, 13:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 743
İki aylıq şirkət necə qalib elan olunub?


Yeni yaranan, təcrübəsi olmayan, ya da bir ünvanda eyni şəxsin adına qeydiyyata olan şirkətlərin dövlət qurumlarının elan etdiyi tenderlərdə, ya da kotirovka sorğularında qalib olması dəfələrlə qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, 15 noyabr 2019-cu il tarixində "Euro Brand" MMC (VÖEN-1404832841) adlı şirkət Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin elan etdiyi kotirovka sorğusunun qalibi elan olunub.

Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi "Euro Brand" MMC-dən 4 min 995 manat 15 qəpik dəyərində təmizlik və təsərrüfat malları satın alacaq.

Gömrük Komitəsi və "Euro Brand" MMC arasındakı bu əməkdaşlıqda diqqət çəkən məqam odur ki, bu şirkət cəmi 2 ay əvvəl - 12 sentyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi kotirovka sorğusunu oktyabr ayının 29-da elan edib. Belə görünür ki, şirkət sorğunun elan olunmasından təxminən ay yarım əvvəl qeydiyyata alınıb.

Nizamnamə kapitalı 5 manat olan "Euro Brand" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 55, m 48-də yerləşir. Şirkətin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğludur.

Açıq internet resurslarda "Euro Brand" MMC barədə heç bir məlumata rast gəlmək mümkün deyil. Şirkətin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğlunun ad, soyad və ata adına uyğun olan şəxslə "Muğanbank" ASC tərəfindən borcun ödənilməməsi barədə məhkəmə qarşılaşması olub. "Muğanbank" aldığı ipoteka kreditini ödəmədiyi iddiası ilə Yəhyayev Orxan Azər oğlunu məhkəməyə verib.

Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Cəmi ay yarım əvvəl yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bir şirkətin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı aydın deyil.

Onu da bildirək ki, yeni yaranan şirkətlərin tenderlərin qalibi olması bu il il ərzində dəfələrlə qeydə alınıb. Bir müddət əvvəl Azərbaycan Memarlıq və İnşaaat Universiteti iki özəl şirkətlə - "Sirus-LTD" MMC və "Star-179" MMC ilə müqavilə bağlayıb. Müqavilələrin ümumi dəyəri 44 min 942 manat təşkil edir. Universitet "Yumuşaq invertalın alınması" üçün "Star-179" MMC-yə 29 min 942 manat, "Digər alış və xidmətlər" üçün "Sirus-LTD" MMC-yə 15 min manat ödəyəcək.



Məsələnin maraqlı və qəribə tərəfi odur ki, hər iki şirkət tenderin qalibi elan olunmazdan cəmi 3 ay əvvəl - 22-23 iyul 2019-cu il tarixlərində dövlət qeydiyyatına alınıblar. Hər iki şirkətin hüquqi ünvanı - Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, ev 56, m 105/35 göstərilib. Bunlar azmış kimi hər iki şirkətin qanuni təmsilçisi eyni ad və soyadı daşıyırlar - Aslanov Azər Rafiq oğlu.

Bundan başqa Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun kotirovka sorğusunun qalibi olan və ümumilikdə 20 min 877 manat vəsait ayrılan "Sunqalı" MMC, "Copy" MMC və "Langa-LTD" MMC adlı özəl şirkətlərin hər 3-ü cəmi bir-neçə ay əvvəl dövlət qeydiyyatına alınıb.

Bənzər vəziyyət Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən bağlanan müqavilələrdə də qeydə alınıb. Sentyabr ayının ikinci yarısında Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun 3 qalibi olub. Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən keçirilən sorğunun qalibi olan "Brett-Gruop" MMC, "Azola.az" MMC və "Valmart-MK" MMC-yə 5 kotirovka sorğusu üzrə ümumilikdə 81 min 601,8 manat vəsait ödəniləcək. Bu şirkətlər də cəmi bir-neçə ay əvvəl qeydiyyata alınıb.

Həmçinin oktyabr ayında "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti ilə "Qlobal-Elektro" MMC (VÖEN 4501694961) arasında 18 milyon 774 min 346,93 manatlıq müqavilə imzalanıb. Bu şirkət mütəmadi olaraq "Azərişıq" ASC-nin elan etdiyi tender müsabiqəsinin qalibi olur. Şirkət ilk dəfə 2018-ci ilin 18 iyul tarixinində "Azərişıq" ASC ilə 48 min manatlıq müqavilə imzalayıb. Bu müqavilədə diqqət çəkən məqam odur ki, şirkət müqavilənin imzaladığı tarixdən cəmi 49 gün əvvəl dövlət qeydiyyatına alınıb. Müsabiqə elanının ayın əvvəlində açıqlandığını nəzərə alsaq, bu o deməkdir ki, "Azərişıq" cəmi bir ay əvvəl yaradılan şirkəti qalib elan edib. Maraqlıdır ki, cəmi bir həftə sonra "Azərişıq" "Qlobal-Elektro" ilə daha bir müqavilə imzalayıb. 24 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 839 min 575 manat olub.

Qeyd olunan tarixlərdə "Azərişıq" daha bir şirkətlə "Elektrik Təchizat" MMC (VÖEN 4501694831) 2 müqavilə imzalayıb. 18 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 933,2 min manat, 25 iyul 2018-ci il tarixində imzalanan müqavilətin dəyəri isə 42 min manat olub. İlk baxışdan iki fərqli şirkət kimi görünsələr də, əslində "Qlobal-Elektro" və "Elektrik Təchizat" şirkətləri arasındakı yeganə fərq onların adında olub. Hər iki şirkət 30 may 2018-ci il tarixində qeydiyyata alınıb. Hər iki şirkətin hüquqi ünvanı (Quba rayonu 2-ci Nügədi), nizamnamə kapitalı (10 manat) və qanuni təmsilçisi (Nazim Quliyev Qəfər oğlu) eyni olub. "Qlobal-Elektro" və "Elektrik Təchizat" şirkətləri qeydiyyata alındıqları tarixdən bugünə kimi, yəni təxminən il yarım ərzində "Azərişıq"ın tender müsabiqələrindən 23 milyon 379 min 149 manat vəsait alıblar. Çox qəribədir ki, cəmi il yarım ərzində 23,4 milyon manatlıq tender udan bu şirkətlər barədə açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətlərin rəsmi veb-səhifəsi, əlaqə vasitələri mövcud deyil. Hətta sosial şəbəkələrdə belə hesabları yoxdur. Üstəlik həm "Qlobal-Elektro", həm də "Elektrik Təchizat" yalnız "Azərişıq"ın keçirdiyi tenderlərin qalibi olublar./yeniavaz.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kabinetini cadu etdirən keçmiş “Azərişıq” sədrinin daha bir “sirli” əməli – VIDEO

    Kabinetini cadu etdirən keçmiş “Azərişıq” ...

    17-10-2019, 14:06

  • 
  • İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını belə əsaslandırdı

    İqtisadiyyat Nazirliyi benzinin bahalaşmasını ...

    20-08-2018, 11:59

  • 
  • Azərbaycan yaxın vaxtlarda "Euro-4" standartına keçəcək (VİDEO)

    Azərbaycan yaxın vaxtlarda "Euro-4" ...

    25-01-2014, 01:46

  • 
  • Cocuq Mərcanlıda yeni şirkət yaradılıb

    Cocuq Mərcanlıda yeni şirkət yaradılıb ...

    29-05-2018, 10:47

  • 
  • Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı sərəncam imzaladı

    Prezident Dövlət Gömrük Komitəsi ilə bağlı ...

    17-11-2018, 17:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu