Sentyabrın 18-də saat 17 radələrində Sumqayıt şəhəri ərazisində Kənan Ağayevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.
Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin istintaqla “Azərenerji” ASC-nin Sumqayıt Yüksək Gərginlikli Elektrik Şəbəkəsinin həyətində fəhlə işləyən Kənan Ağayevin perforator ilə sığınacaqda təmir işləri görən zaman elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Sorğu
Yeni dizaynımız necədir?