Azərbaycanın mətbuat nümayəndələri Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərdə olublar.
Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Jurnalistlər Cəbrayıl rayonunun Böyük Mərcanlı, Şəybəy, Füzuli şəhəri və bir neçə kəndlərində erməni vəhşiliyinin fəsadlarını gözləri ilə görüblər.
İşğaldan azad edilən torpaqlarımızda düşmən tərəfindən evlər, tarixi abidələr, qəbiristanlıqlar və məscidlər dağıdılıb.
Füzuli rayonu ərazisində olan məscidlərdən biri isə donuzxanaya çevirilib.
Sanki bir xarabalığa bənzəyən ərazilərimizdə ağaclar belə qırılaraq məhv edilib.
Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilən şəhər və kəndlərimizin hamısına üçrəngli bayrağımız sancılıb.
Həmçinin ərazilərdə düşmənə məxsus saz vəziyyətdə olan hərbi texnikalar və məhv edilmiş tanklar, avtomobillər sıra ilə düzülüb. Ermənilər həmin hərbi texnikaları döyüş meydanında qoyaraq qaçıblar.
Qeyd edək ki, sentyabrın 27-də Azərbaycan Ordusu tərəfindən keçirilən əks-hücum əməliyyatı nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Aşağı Əbdürrəhmanlı kəndləri işğaldan azad edilib.
Cəbrayıl şəhəri oktyabrın 4-də, Füzuli şəhəri isə oktyabrın 17-də Azərbaycan Ordusu tərəfindən işğaldan tam azad olunub.
Davam edən əməliyyatlar nəticəsində hər iki rayonun digər kəndləri də işğaldan azad edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?