GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Qarabağdakı Eldorado: İşğal olunmuş torpaqlarda talana dair daha bir fakt

Qarabağdakı Eldorado: İşğal olunmuş torpaqlarda talana dair daha bir fakt

Tarix: 7-11-2020, 18:45 Bölmə :Bölgə Baxış: 378
Qarabağdakı Eldorado: İşğal olunmuş torpaqlarda talana dair daha bir fakt


Ermənistan 30 ilə yaxındır ki, işğal etdiyi torpaqlarımızda qızıl mədənlərini mütəmadi və ardıcıl şəkildə talayaraq qarət edib. Bunlar həm peyk şəkilləri ilə, həm də Ermənistanın ayrı-ayrı məmurları və ekspertləri tərəfindən təsdiqlənən həqiqətdir. Lakin işğal etdikləri ərazilərdə apardıqları qəsbkarlıq fəaliyyətlərinin təfərrüatına vardıqca qarşı tərəfin məxfi saxlamağa çalışdığı məqamlar gün işığına çıxır.

Belə ki, qızıl mədənlərindəki idarəçi şirkətlərin tez-tez əvəzlənməsi, hasilata dair xəbərlərin gizlədilməsi və hesabatlarda şəffaflığın olmaması Ermənistan rəhbərliyinin Azərbaycan torpaqlarındakı qızıl mədənlərini şəxsi mülkiyyətə çevirdiklərini deməyə əsas verir. Buradan əldə edilən gəlir işğalçı ölkənin dövlət büdcəsinə yox, ayrı-ayrı şəxslərin xarici banklardakı hesablarına ötürülürmüş.

Müqayisə üçün qeyd edək ki, Azərbaycan Dövlət Neft Fondu 1 fevral 2012-ci il tarixindən başlayaraq 2 il ərzində 30,2 ton qızıl alıb, nəticədə fondun investisiya portfelində qızılın payı 3,5%-ə çatıb. Sonradan 2015-2016-cı illərdə neftin kəskin ucuzlaşması ilə bağlı qızıl ehtiyatlarının artırılması dayandırıldı. 2018-ci ilin II yarısından isə ölkəmiz yenidən qızıl bazarına qayıdıb və 2020-ci ilin I yarısında ARDNF-nun qızıl ehtiyatı 101,8 tona çatıb, dəyəri isə fondun ehtiyatlarının 13,6%-i qədərdir. Bu ilin əvvəlindən ARDNF yerli hasilat şirkətlərindən 600 kq qızıl alıb. İyun ayının sonuna olan vəziyyətə görə, Fonda məxsus qızıl ehtiyatının ümumi dəyəri 6 milyard ABŞ dollarına yaxın olub.

Ermənistana gəlincə, bu ölkənin qızıl ehtiyatı hələ 2003-cü ildə ləğv edilib (1). Bu barədə qərarı ölkənin Mərkəzi Bankının o vaxtkı sədri Tiqran Sərkisyan vermişdi. Həmin dövrdə 1,4 ton qızıl hər unsiyası 400 dollara satılaraq 17 milyon ABŞ dollarına yaxın vəsait əldə edilmişdi. O vaxt da, sonrakı dövrdə də ölkə rəsmiləri qızıl ehtiyatının ləğv olunmasını düzgün dəyərləndirərək satış sövdələşməsinin də ağlasığmaz dərəcədə uğurlu olduğunu qələmə veriblər. Halbuki yerli müstəqil ekspertlərin qənaətincə, qızıl ehtiyatının satılması nəticəsində Ermənistan 50 milyon dollardan artıq ziyana düşüb. Daha da əhəmiyyətlisi qızıl ehtiyatını ləğv edən ölkənin gələcəkdə qızıl yığımı imkanından məhrum olmasıdır. Hərçənd yeraltı sərvətlərin ixracı Ermənistan dövlət büdcəsinin formalaşdırılması üçün az qala yeganə mənbədir və ötən 30 ilə yaxın olan müddət ərzində işğal etdikləri ərazidəki erməni əhalisi də, yaratdıqları qondarma qurum da məhz bunun hesabına dolanıb. Amma maraqlısı odur ki, peyk təsvirləri və arada KİV-ə sızan məlumatlar qızıl ixracından gəlirlərin rəsmi məbləği ilə həqiqi məbəği arasında kəskin fərq olduğunu ortaya çıxarır.

Ermənistandakı ekspertlər hələ bir-iki il bundan əvvələ qədər məsələyə dair şübhələrini belə ifadə edirdilər: “Qarabağda həyatın səviyyəsi niyə uzun illərdir ki, qalxmır? Niyə insanların məvacibi növbəti maaşa qədər güc-bəla ilə bəs edir?” Dövlətin qızıl hasilatında səhm əldə etməyə çalışmadığını, kiçik qızıl ehtiyatı belə yaratmağa meylli görünmədiyini qeyd edən ekspertlər deyirdilər: “Belə çıxır ki, kimlərsə cüzi vergi ödəməklə Qarabağda qızıl, mis vs. çıxardıb ölkədən xaricə daşıyır. Sonra da Qarabağ hökuməti məvacib və təqaüdləri ödəmək üçün Ermənistandan dövlətlərarası kreditlər diləməyə başlayır”.

Ekspertlərin fikrincə, ayrı-ayrı şəxslər həmin mədənlərdən varlanaraq ölkənin rifahı üçün heç bir iş görmür, dövlət isə buna göz yumur: “Yeraltı sərvətlərimiz istismar və ixrac olunur, mədənçilər milyonlarla dollar mənfəət götürür, amma yeraldı sərvətlərimiz hesabına varlananlar haqqında ictimaiyyət xəbərsizdir”.

Həmçinin Ermənistanda mədənçilik fəaliyyəti üçün icazələrin keçmiş və hazırkı vəzifəli şəxslərə, onların qohumlarına və yaxud ətraflarındakılara verilməsi barədə bəzi mənbələr açıq şəkildə bildirirlər. Ötən ilin məlumatlarına əsasən, Ermənistanda qızıl və polimetal yataqlarının istismarına 16 şirkətin hüququ olduğu halda onlardan yalnız 4-ü həqiqədən hasilat işlərilə məşğuldur. Bundan əlavə “Hetq” xəbər verir ki, 2019-cu ilə qədər ölkənin ən iri yataqlarını offşor zonalarda qeydiyyatda keçən Rusiya şirkətləri istismar edib.

Ermənistan 2017-ci ildə Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünə (EITI) qoşularaq həmin vaxtdan qızıl yataqlarına dair də məlumatları açıqlamaq öhdəliyi götürmüşdüsə, işğal etdikləri Qarabağ ərazisi qaranlıq bölgə olaraq qalır. Yəni həmin ərazidə nə qədər qızılın hasil olunması, hara və hansı yollarla satılması, gəlirin hara getməsinə dair heç bir məlumat yoxdur. Bütün bunlar işğalçı Ermənistanın apardığı qəsbkar və talançı siyasətin, təbii sərvətlərə vəhşi münasibətinin yalnız bir hissəsidir.

Qulu Nuriyev, ekspert
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Neft Fondu qızıl ehtiyatını Mərkəzi Bankdan çıxarır

    Neft Fondu qızıl ehtiyatını Mərkəzi Bankdan ...

    19-11-2015, 19:23

  • 
  • Ali Baş Komandan: "İşğal edilmiş torpaqlarımızda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir"

    Ali Baş Komandan: "İşğal edilmiş ...

    31-03-2017, 14:15

  • 
  • Düşmən ölkənin təxribatı

    Düşmən ölkənin təxribatı ...

    10-01-2013, 11:11

  • 
  • Azərbaycan Rusiyaya nota verdi

    Azərbaycan Rusiyaya nota verdi ...

    24-02-2016, 16:49

  • 
  • “Azərbaycanlılar Kəlbəcər “qızıl yataqlarında” kölə olaraq işlədilir” – ASİMDER

    “Azərbaycanlılar Kəlbəcər “qızıl yataqlarında” ...

    31-07-2017, 14:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu