Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon sakinləri Sərraf Hüseynov və Şəmsi Cəfərovun karantin qaydalarına zidd davranaraq yaşadıqları ünvanları tərk edərək xəstəliyin yayılması üçün real təhlükə yaratdıqları müəyyən olunub. Həmin şəxslər rayon ərazisində aşkar olunub və yaşadığı ünvanlara geri qaytarılıblar. Onlarla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.
Saatlı RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?