GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » FAKT: Qarabağda erməni ordusu bura yerləşib – İrəvandan şok təsdiq

FAKT: Qarabağda erməni ordusu bura yerləşib – İrəvandan şok təsdiq

Tarix: 14-01-2021, 11:37 Bölmə :Bölgə Baxış: 340
FAKT: Qarabağda erməni ordusu bura yerləşib – İrəvandan şok təsdiq


Bu gün erməni informasiya mənbələri Qarabağla bağlı yaydıqları xəbərlərlə əslində özlərini işfa etdilər.

Ilk məlumat Qarabağda yerləşən “hərbi hissələrdən birində” 18 yaşlı “erməni əsgərin” ürək çatışmazlığından ölməsi barədədir.

Digər xəbər isə Azərbaycan Ordusunun guya “atəşkəsi kobudcasına” pozması və nəticədə “erməni əsgərin” ağır yaralanmasıdır. Erməni mediası ölən və yaralanan “əsgərlərin” keçmiş və qondarma “dqr”ə aid olduğu haqda yalanı elə bu qondarma qurumun rus sülhməramlılarının arxasında gizlənərək Xankəndidə “fəaliyyət göstərən” separatçı-terrorçu liderlərinə istinadla tirajlamışdı.

İnanılmaz bir informasiya şousu nümayiş etdirən erməni separatçı-terrorçuları mediaya açıqlamalarında “həqiqi hərbi xidmət keçən” 20 yaşlı Vardan Kirokasyanın “mövqedə olarkən qarşı tərəfdən açılan atəşlə” yaralandığını bildirdilər.

Az öncə isə rəsmən elan edildi ki, Ermənistan İstintaq Komitəsi Qarabağda yaralanan “əsgər”lə bağlı cinayət işi açıb, araşdırmalar aparır.

Təzadlı, bir-birini təkzib və Ermənistanın və ermənilərin iç üzünü, oyunlarını açan olduqca diqqətçəkən informasiyalardır.

Birinci məlumat Qarabağda “erməni hərbi hissəsi” olduğu haqdadırsa, ikinci xəbər erməni “əsgərin” hətta cəsarət edib, Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə dayanmasıdır.

Əvvəla, Ermənistan hansı əsasla Qarabağda “hərbi hissə” saxlayır? Niyə Azərbaycan ərazisini tərk etməyib bu hərbi hissə?

İkincisi, erməni “əsgər” Azərbaycan Ordusu ilə necə və hansı “bəyanat”la “üzbəüz mövqedə” dayanır?

10 noyabr 2020-ci il Bəyanatına əsasən, Ermənistan öz ordusunu Azərbaycan torpaqlarından çıxarmalı, Qarabağda silahlı əsgərlər olmamalıdır. Azərbaycan Ordusu ilə üzbəüz mövqelərdə yalnız rus sülhməramlıları yerləşməlidir və erməni ordusunun da çıxması rus sülhməramlılarının yerləşməsi ilə paralel aparılmalıdır (Bəyanatın 4-cü bəndi: 4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır).

Əvəzində isə biz nəyi müşahidə edirik: Ermənistan nəinki Qarabağda hərbçilər və hərbi hissələr saxlayır, eyni zamanda, onlar Azərbaycan Ordusu ilə üzbəüz mövqelərə yerləşdiriliblər. Belə olmasaydı, Qarabağda “erməni əsgərin” yaralanmasına görə məhz Ermənistanın İstintaq Komitəsi cinayət işi açmazdı.

Göründüyü kimi, Ermənistan 10 noyabr Bəyanatının şərtlərini və tələblərini ciddi şəkildə pozur.

Xatırladaq ki, hələ bir müddət öncə rusiyalı politoloq və hərbi ekspert Oleq Kuznetsov Azərbaycanın İsrail təcürbəsindən istifadə edərək, hətta rus sülhməramlılarının arxasında gizlənməyə çalışan erməni hərbi hissələrinə - 10 noyabr Bəyanatından sonra terrorçulara çevrilən silahlılara zərbə endirmək hüququnun olduğunu açıqlamışdı. “Bundan sonra İsrailin terrorçularla mübarizə təcrübəsini yada salaraq, rus sülhməramlılarının post xətti arxasında olsa belə, yaraqlıların məskunlaşdığı yerlərə qabaqlayıcı raket-artilleriya zərbələri endirilməlidir. Azərbaycan öz ərazisində öz təhlükəsizliyini təmin etmək üçün suveren hüquqa malikdir, sülhməramlılar bu məsələdə ona mane olmağa deyil, kömək etməyə çağırılıblar. Əminəm ki, belə bir nümunəvi qətliam əməliyyatı hələ də Xankəndidə oturan erməni separatçılarının və Rusiya sülhməramlılarının ağlını başına toplayacaq, çünki Kreml ona reaksiya verməyə məcbur olacaq” (Şərhlə ətraflı burada tanış ola bilərsiniz).

Rus sülhməramlıları mülki erməniləri qorumaqla bərabər, erməni hərbçilərinin və silahlılarının Ermənistana geri çəkilməsi, başıpozuq dəstə və ya komandanlığın qərarından imtina edənlərin isə terrorçu kimi zərərsizləşdirilməsi prosesinə dəstək verməlidir. Buna görə də Azərbaycan Ordusunun rus sülhməramlılarının arxasında gizlənən erməni terrorçu birliklərinə zərbə endirməsinə şərait yaratmalıdırlar.

10 noyabr Bəyanatından sonra Qarabağda qalan silahlı ermənilərin artıq terrorçu olduğu və onların hərbi əsir hesab edilməsinin mümkünsüzlüyü barədə Prezident İlham Əliyev iki dəfə ardıcıl bəyanat verib və açıq, prinsipial mövqe ortaya qoyub. Buna görə də Ermənistanın bu oyunu çox ciddi fəsadlara rəvac verə bilər.

Rus sülhməramlıları da ən qısa müddətdə erməni əsgərin Qarabağda "xidmət keçməsi"nə, həm də Azərbaycan Ordusu ilə “üzbəüz mövqedə” dayanmasına aydınlıq gətirməlidir.

Əks halda Azərbaycan Silahlı Qüvvələrinin antiterror əməliyyatı artıq suverenliyimiz və təhlükəsizliyimiz səbəbindən məcburi addıma çevrilir./axar.az/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ağırdır

    Qarabağda yaralanan erməni əsgərin vəziyyəti ...

    13-02-2017, 14:12

  • 
  • Qarabağda erməni əsgəri öldürüldü

    Qarabağda erməni əsgəri öldürüldü ...

    19-07-2014, 14:02

  • 
  • Qarabağda məhv edilən erməni əsgərin - Fotoları

    Qarabağda məhv edilən erməni əsgərin - Fotoları ...

    11-07-2017, 16:43

  • 
  • Dağlıq Qarabağda erməni əsgər məhv edildi

    Dağlıq Qarabağda erməni əsgər məhv edildi ...

    10-07-2017, 22:05

  • 
  • Qarabağda partlayış: 3 erməni hərbçi öldü

    Qarabağda partlayış: 3 erməni hərbçi öldü ...

    22-11-2017, 10:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu